CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeydiyyat başa çatır

© AFP 2023 / FREDERICK FLORIN İmtahan, arxiv şəkli
 İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər

BAKI, 11 sentyabr — Sputnik. Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Tələbələrin çoxdan gözlədiyi yeniliyin vaxtı çatıb

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına istinadla xəbər verir ki, abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gün saat 17:00-dək tələb olunan sənədləri qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Xəbər lenti
0