İmtahan

Buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyənlərə yeni şans

16
(Yenilənib 16:25 06.09.2019)
Göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar

BAKI, 6 sentyabr — Sputnik. Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrın 8-də əlavə imtahan keçiriləcək. Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, buraxılış imtahanları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.

İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 668, II mərhələsi üzrə 443, XI sinif üzrə 120 şagirdin iştirakı gözlənilir. Bundan əlavə, Azərbaycan dilindən fərqli bölmə üzrə təhsil alan 58 şagird Azərbaycan dili imtahanı verəcək.

İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 97 nəzarətçi-müəllim ayrılıb.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Bu imtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə sentyabrın 2-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- "İmtahana buraxılış vərəqəsi";

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar.

16
Teqlər:
Gəncə, Bakı, orta məktəb, buraxılış imtahanı, imtahan
 Distant təhsil, arxiv şəkli

"Virtual məktəb" platformasından yenilik: Azərbaycan dilində fəaliyyət göstərəcək

19
(Yenilənib 18:05 28.10.2020)
"Noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Noyabrın 2-dən etibarən "Virtual məktəb" platforması Azərbaycan dilində fəaliyyət göstərəcək. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova verib. O bildirib ki, bu həftə həmin məsələ ictimaiyyətə elan ediləcək:

"Biz bununla bağlı hələ yayda açıqlama vermişdik ki, oktyabr ayında "Virtual məktəb" platformasının ana dilində istifadəsi mümkün olacaq. Qeyd edim ki, "Virtual məktəb" platformasından türk dilində istifadə mümkün idi. Amma rus dilində təhsil alan şagirdlər türk dili ilə bağlı müəyyən problem yaşayırdılar. Artıq noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər".

Xatırladaq ki, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov brifinqlərin birində "Microsoft Teams" platformasının Azərbaycan dilinə tərcümə olunmasını diqqətə çatdırmışdı. O bildirmişdi ki, bununla bağlı "Microsoft Teams" şirkətinə müraciət edilib və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.

19
Əlaqədar
Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Təki oxumağa istək olsun: "Virtual məktəb"ə direktorlar da nəzarət edəcək
Məktəbdə

İşğaldan azad edilən yurdlarımızla bağlı məktəblilərə ətraflı məlumat veriləcək

6
(Yenilənib 14:44 28.10.2020)
Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

BAKI, 28 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatda bildirilir ki, bununla bağlı BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. "Məktəb bülletenləri"nin hazırlanmasında əsas məqsəd uşaq və gənclərdə milli vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, işğaldan azad olunan ərazilərimiz haqqında şagirdləri məlumatlandırmaq və Qarabağın tarixi ilə bağlı məktəbliləri maarifləndirməkdən ibarətdir.

Məktəblərdə tədris prosesi bərpa olunduqdan sonra hazırlanacaq bülletenlərdə şanlı ordumuzun şücaəti sayəsində erməni işğalçılarından azad olunan rayon və şəhərlər, həmçinin strateji əhəmiyyətli yüksəkliklər barədə məlumatlar və şəkillərin dərc olunması nəzərdə tutulur. Dərgidə 30 ilə yaxın bir müddətdə işğal altında olan rayon və şəhərlərin tarixi, ərazisi, əhalisi, milli-mənəvi sərvətləri, maddi-mədəniyyət abidələri barədə müəyyən məlumatlar əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda döyüşür, dövlətimizin zəfər tarixini yazır. İşğalçı Ermənistanın təxribatına layiqli cavab verən rəşadətli Azərbaycan Ordusu düşmənə öz yerini göstərir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına əminik.

6
Əlaqədar
Yüzdən çox məktəb Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaytarılacaq
Azərbaycanda 30 məktəb koronavirusa görə distant təhsilə keçirilib
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Qərənfil

Lev Tolstoyun qızı erməni vandalizmi haqqında

0
Material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstoyanın xatirələrini əks etdirir

BAKI, 28 oktyabr — Sputnik. Türkiyənin "Alternatiftarih" portalı, Birləşmiş Ərəb Əmirliklərinin məşhur "Saadaonline" portalı, Misirin populyar "Əl-Vəsilə", "Nile Nyus", "Əl-Braq Nyus", "Dmc Nyus", İraqın "İraq Nyus" xəbər portalları Dövlət Tərcümə Mərkəzinin beynəlxalq virtual aləmdə yayılması məqsədilə müxtəlif dillərdə hazırladığı "Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında" sənədli materialın yayımına başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, material 1915-ci ildə ermənilər tərəfindən Van şəhərinin dinc əhalisinə – türklərə qarşı törədilən soyqırımın canlı şahidi olmuş Aleksandra Tolstayanın xatirələrini əks etdirir.

0