Şagirdlər sinifdə, arxiv şəkli

Paytaxt məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlandı

35
(Yenilənib 10:53 05.09.2019)
Ümumi təhsil məktəblərinin IX sinfində 32 315, X sinfində 22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alacaq

BAKI, 5 sentyabr — Sputnik. Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 414 844 şagird təhsil alacaq.

Sputnik Azərbaycan-a bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 32 315, X sinfində 22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 279 tam orta məktəb, 3 ümumi orta məktəb, 18 məktəb-lisey, 7 lisey və 1 gimnaziya olmaqla, ümumilikdə, 308 ümumi təhsil məktəbi; 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.

35
Teqlər:
statistika, şagird, orta məktəb, Bakı
Əlaqədar
Təhsil Nazirliyindən inqilaba bərabər sınaq - birincilərdən başlayırlar
Təhsillə bağlı müraciət edənlər nə istəyirlər?
Şagirdlər üçün son iki gün
Bu ailələrin uşaqlarına pulsuz məktəb ləvazimatları veriləcək
Rayonların ali məktəblərə qəbulolma göstəricisi açıqlandı – SİYAHI
Günəş, arxiv şəkli

Günəşin cazibə qüvvəsi müəyyən edilib

9
Onun köməyi ilə beynəlxalq astronomlar qrupu, günəş sisteminin barisentrinin yerini 100 metr dəqiqliklə müəyyənləşdirib.

BAKI, 2 iyul — Sputnik. Astronomlar günəş sisteminin dəqiq cazibə mərkəzini (və ya barisentrini) hesablayıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məşhur inancın əksinə, onun mərkəzdə deyil, kənarda yerləşdiyi məlum olub.

Günəş sistemindəki hər bir cisim, ulduza cazibə qüvvəsi verərək hərəkət etməyə məcbur edir. Buradakı əsas "rolu" planetlərin ən böyüyü kimi Yupiter oynayır. Qravitasiya mərkəzini hesablamaq üçün hər cismin dəqiq orbitini və kütləsini bilmək lazımdır.

Əvvəlki hesablamalar Doppler şüalanmasına əsaslanırdı. Astronomlar əsas xüsusiyyətlərini təyin etmək üçün cisimlərin işığının məsafədən asılı olaraq necə dəyişdiyini izləyirdilər. Ancaq bu üsul çox dəqiq deyildi.

Yeni araşdırmanın müəllifləri isə xüsusi hazırlanmış BayesEphem proqramından istifadə ediblər. Bu proqram Günəş sisteminin, o cümlədən Yupiterin orqanlarının orbitlərində qeyri-müəyyənliklərin modelləşdirilməsi və korrektə edilməsi üçün nəzərdə tutulub.

Onun köməyi ilə beynəlxalq astronomlar qrupu, günəş sisteminin barisentrinin yerini 100 metr dəqiqliklə müəyyənləşdirib. Məlum olub ki, o, Günəşin xaricindədir, amma səthinə yaxındır.

Tədqiqat müəllifləri qeyd ediblər ki, bu araşdırma qravitasiya dalğalarının daha dəqiq ölçülməsinə imkan yaradacaq. Məlumatlar həm günəş sisteminin, həm də kosmik obyektlərin öyrənilməsi üçün vacibdir.

9
Tələbələr, arxiv şəkli

Tələbələrə müdir sözü: "Problem olmayacaq"

8
(Yenilənib 16:26 01.07.2020)
"Bu, onlayn prosesdir və hər-hansı problem olmayacaq. Dəqiq tarix bəlli deyil. Bu barədə məlumat veriləcək"

BAKI, 1 iyul — Sputnik. "Tələbələrin köçürülməsi iyul-avqust ayında həyata keçiriləcək".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu, onlayn prosesdir və hər-hansı problem olmayacaq. "Dəqiq tarix bəlli deyil. Bu barədə məlumat veriləcək".

Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə - fevral və iyul aylarında həyata keçirilir.

8
Əlaqədar
Qaxda internetsizlik həyatı iflic edib: Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir
Magistraturaya qəbulun nəticələri elan edildi
Buraxılış imtahanları verənlərin bir qismi artıq nəticələrini yoxlaya bilər
Abituriyentlərin işi asanlaşdı: qəbul imtahanlarına görə videomühazirələr artıq əlçatandır
İmtahanlar qayıdır: 29 min şəxsin biliyi yoxlanılacaq
Günəş, arxiv şəkli

Yunanıstanda maraqlı təbiət hadisəsi baş verib

0
"Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

BAKI, 2 iyul — Sputnik. Yunanıstanda "Günəş iti" adlanan nadir bir təbiət hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisənin video görüntüsü "Youtube"-da paylaşılıb. Videoda Günəşin su üzərində dayandığı an təsvir olunur. Göy gövdəsi yarıya qədər buludla örtülüb. Nəticədə günəşin "ikiqat olması" xəyalı yaranır. "Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

Xatırladaq ki, kameralar 2019-cu ilin dekabrında Amerikanın Missuri ştatındakı Sent-Luis şəhəri üzərində səmada Yer atmosferinə daxil olan meteoru çəkmişdi.

0
Teqlər:
Günəş, Yunanıstan