Məleykə Abbaszadə

Azərbaycanda I-IV qruplar üzrə ən populyar ixtisasların keçid balı açıqlanıb

1008
(Yenilənib 12:25 10.08.2019)
Abbaszadə qeyd edib ki, Azərbaycan bölməsində I qrup üzrə ən populyar ixtisas Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyidir

BAKI, 10 avqust - Sputnik. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu ilin I-IV qrupları üzrə ən populyar ixtisasların keçid balını açıqlayıb.

“Report” xəbər verir ki, DİM sədri hər ixtisas üzrə keçid ballarının formalaşmasının müxtəlif parametrlərdən asılı olduğunu deyib.

O bildirib ki, keçid balı imtahanda iştirak edən abituriyent və yerlərin sayının artıb azalması, həmin ilin nəticələri, yəni yüksək və ya aşağı bal toplayanların nəticəsinə görə formalaşır: “Müxtəlif qruplarda nəticələr fərqlidir. Biz deyirdik ki, III qrupda müsabiqə vəziyyəti yüksək olacaq, nəinki II qrupda”.

M.Abbaszadə qeyd edib ki, Azərbaycan bölməsində I qrup üzrə ən populyar ixtisas Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyidir: “Belə ki, bu ixtisasa dövlət sifarişi əsasında ötən il 540-dan çox nəticəsi olanlar qəbul olunmuşdu. Həmin ixtisasın bu ilki keçid balı 522,3 bal olub.

II qrupda Azərbaycan Dövlət İqtisad Universitetində keçən il tədris dili ingilis dilində olan Maliyyə ixtisasına dövlət hesabına 667 balla sonuncu qəbul olubsa, bu il il sonuncu qəbul olan şəxs 643,4 balla həmin ixtisasa qəbul olub.

III qrupda Azərbaycan Dillər Universitetində İngilis dili müəllimi ixtisasına dövlət vəsaiti hesabına sonuncu qəbul olan abituriyent 584 balla keçmişdisə, bu il bu rəqəm 527,4 bal olub. Yaxud həmin ixtisas üzrə ödənişli əsaslarla qəbul 416 bal idisə, bu il 464.6 toplayan abituriyent qəbul olub. Bir faktı da qeyd edim ki, bu il 400-550 arası bal toplayanların sayı artıb.

IV qrupda Azərbaycan Tibb Universitetində illərlə populyarlığını itirməyən Müalicə işi ixtisasına ötən il dövlət hesabına sonuncu abituriyent 662 balla qəbul olmuşdusa, bu il 578.7 balla qəbul olub. Yaxud həmin ixtisas üzrə ödənişli təhsillə bağlı sonuncu qəbul nəticəsi 609 bal idisə, bu il 575,4 bal toplayan abituriyent qəbul ola bilib.

Müqayisələr onu göstərir ki, bu yerlər üzrə sıxlıq yüksəkdir. Yəni bu il 600 baldan yuxarı nəticələr çox deyil və keçid balları aşağı düşüb. Bu nəticələrə subbakalavrların (kollec məzunları) mövcudluğu heç bir təsir göstərməyib”.

Qeyd edək ki, bu il 42 062 nəfər (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

1008
Distant təhsil, arxiv şəkli

Mis məftilin üstündə qurulan təhsildən "qızıl" gələcəyi necə gözləyək?

2
(Yenilənib 14:01 12.08.2020)
"Şagirdlərə və müəllimlərə ucuz və ya pulsuz internet təqdim edilməlidir. Türkiyədə olduğu kimi şagirdlərə müəyyən dərs proqramlarının yükləndiyi planşetlər, netbuklar ödənişsiz və ya cüzi kreditlə verilməlidir" - təhsil eksperti

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Bütün sahələr koronavirus pandemiyasından öz payını alsa da, etiraf etmək lazımdır ki, ən böyük zərər Azərbaycan təhsilinə dəydi.

Təhsil isə uşaqlarımızın gələcəyini təyin edəcək vasitədir. Martın 3-dən ölkədə bütün məktəblərdə təhsil dayandırıldı. Bunun əvəzində alternativ olaraq Təhsil Nazirliyi teledərsləri, virtual məktəbi yaratdı.

Yaratdı, amma bu alternativlərdən cəmiyyətin bütün sinifləri öz payını götürə bilmədi. Gəlin etiraf edək ki, ucqar kəndlərdə elektrik enerjisi və internet problemi hələ də var.

Bu bir kənara, uzaqdan təhsilə qoşulmaq üçün uşaqların telefon, planşet, kompüter kimi cihazlara ehtiyacı var ki, hər bir ailə bunu təmin edə bilmir.

Bəzi ailələrdə 2-3 uşaq məktəbdə təhsil alır. Və uşaqların eyni anda dərslərə qatılması, dərslərdə iştirak etməsi mümkün olmur.

Təhsil eksperti Qoşqar Məhərrəmovun Sputnik Azərbaycan-a dediyi kimi, bu zaman cəmiyyətdə siniflərarası uçurum dərinləcək. Əgər biz ölkədə distant təhsil vermək istəyiriksə, bunu bütün uşaqlar üçün əlçatan etmək lazımdır.

Bunun üçün isə birinci növbədə interneti əlçatan etmək lazımdır.

"UNESCO-nun statistikasına görə, pandemiya dövrü siniflər arası təhsil uçurumu meydana gətirib. Mövcud uçurumu daha da dərinləşdirib. Çünki distant təhsil daha çox varlı ailələrin övladlarına əlyetəndir. Kasıb ailələr, regionlarda və dağlıq ərazilərdə internetdən-işıqdan uzaq olan ərazilərdə yaşayan insanlar üçün distant təhsil əlyetən deyil. Yəni bu şagirdlərin onlayn təhsilə praktiki olaraq cəlb edilməsi mümkün deyil. Onların interneti ya yoxdur, ya da çox zəifdir", - deyə təhsil eksperti vurğulayır.

Onun sözlərinə görə, bəzi müəllimlərin İKT savadı da yetərli deyil. Bu müəllimlərin onlayn təhsil verməyə cəlb edilməsi də mümkünsüzdür.

"Mən hazırda regionlardayam, müəllimlərlə, şagirdlərlə danışıram. Biz nə qədər sosial mediada onlayn təhsil verən müəllimlərlə qarşılaşsaq da, acınacaqlısı budur ki, uşaqların əksəriyyəti distant təhsil keçməyib. Onların çoxu ya bu prosesə qoşula bilməyib, ya da qoşulma imkanları olmayıb. Yəni bu, müxtəlif amillərdən qaynaqlanıb", - deyən ekspertin fikrincə, əgər ölkədə distant təhsil davam edəcəksə, bunu məcburi hala gətirmək lazımdır.

Bunun üçün isə müəllimləri İKT savadı artırmağa cəlb etmək, televiziyada olan teledərslərin sayını artırmaq, həmin dərslərin sosial platformalara yüklənməsini artırmaq gərəkdir.

Ekspert bildirir ki, müəllimlərin virtiual məktəb platformasından istifadəsi də icbari hala gətirilməlidir: "Şagirdlərə və müəllimlərə ucuz və ya pulsuz internet təqdim edilməlidir. Türkiyədə olduğu kimi şagirdlərə müəyyən dərs proqramlarının yükləndiyi planşetlər, netbuklar ödənişsiz və ya cüzi kreditlə verilməlidir. Belə olarsa distant təhsili hamıya əlyetən etmək olar. Təhsildə sosial ədaləti ancaq belə bərqərar etmək olar".

Q.Məhərrəmov hesab edir ki, distant təhsil indiki vəziyyətdə sosial bərabərsizliyi ancaq dərinləşdirə bilər.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün fikrincə, nəzərdə tutulan təhsil formasının təminatı üçün öncə ölkə üzrə keyfiyyətli internet infrastrukturu olan ərazilər müəyyən olunmalıdır.

Belə ki, regionlarda keyfiyyətli internet təminatı üçün hökumət ciddi addımlar atmalı, bu məqsədlə dövlət proqramı hazırlanmalıdır. Bura investisiyalar ayrılmalıdır.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) dövlət və özəl provayderlərin şəbəkəsinin əhatə dairəsi, mobil operatorların 3G və 4G stansiyalarının əraziləri haqqında məlumatı Təhsil Nazirliyinə təqdim etməlidir. Daha sonra isə NRYTN qarşıdakı müddətdə təhsilin təşkili üçün zəruri olan keyfiyyətli infrastukturun inkişafı məqsədilə "DeltaTelekom" və "AzərTelecom" magistral provayderlərin ölkədaxili infrastrukturundan, özəl və dövlət provayderlərinin imkanlarından istifadə etməlidir, onlara münbit şərait yaratmalıdır. İmkan olan ərazilərdə bu provayderlərin xətti ilə internetə əlçatımlıq yaradılmalıdır", - deyə o bildirib.

Ekspertin sözlərinə görə, keyfiyyətli internetə əlçatım imkanı olan ərazilərdə distant texnologiyaların tətbiqində problemi olan müəllim və şagirdlər, tələbələr müəyyən olunmalıdır. Onların internetlə və kompüterlərlə təminatı üçün köməklik göstərilməlidir, internet paketləri təqdim olunmalıdır.

O.Gündüzün fikrincə, yalnız keyfiyyətli internet olmayan ərazilərdə teledərslərə və digər alternativlərə üstünlük verilə bilər.

Mütəxəssis əlavə edib ki, hazırda region interneti əsasən mis telefon məftili üzərində "oturan" ADSL internetidir. Bununla normal, keyfiyyətli və dayanıqlı təhsil və ya digər xidmət qurmaq mümkünsüzdür.

2
Teqlər:
planşet, internet, şagird, müəllim, orta təhsil, təhsil
Əlaqədar
Vətənimin seyrinə çağırıram elləri - Onun sayəsində dünya ölkəmizin gözəlliklərini tanıyır
Təhsillə bağlı qərar verməkdə çətinlik var
Fransalı tələbənin karantinli Bakı təcrübəsi: “Mütləq buraya ailəmlə qayıdacağam”
Təhsil Nazirliyinə 7 milyon manat vəsait ayrıldı - CƏDVƏL
Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq
 Pandemiya zamanı imtahan, arxiv şəkli

Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq

2
(Yenilənib 13:28 12.08.2020)
Həmin abituriyentlər seçdikləri ixtisas qrupuna uyğun şəhər və rayonun imtahan günündə – avqustun 13, 14, 20 və ya 21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsində iştirak edə bilərlər.

BAKI, 12 avqust — Sputnik. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən, lakin hər hansı səbəbdən qəbul imtahanlarının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin imtahanın II mərhələsində iştirak etmələrinə icazə verilib.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iyun ayının 10-dan iyulun 30-dək buraxılış (qəbul imtahanlarının birinci mərhələsi) imtahanları keçirilib. Qeyd olunan imtahanlarda təqribən 200 mindən çox şagird (abituriyent) iştirak edib.

Bu müddət ərzində ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin üzrlü səbəblərdən (temperatur, xəstəlik və s.) imtahanlarda iştirak edə bilməyənlər üçün də DİM-ə sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb. Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə (müxtəlif şəhər və rayonlar üzrə) keçirilib və ay yarımdan artıq davam edib. Buna görə həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb.

Son vaxtlar isə Dövlət İmtahan Mərkəzinə ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı əsaslı bir səbəb olmadan qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin də imtahanların ikinci mərhələsinə buraxılmalarına icazə verilməsi ilə bağlı müraciətləri daxil olub.

COVID-19 infeksiyası ilə əlaqədar yaranan çətinliklər, xüsusi karantin rejimi, pandemiya şəraitinin məhdudiyyətləri və qeyd olunan müraciətlər nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı bir səbəbdən qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən bütün abituriyentlərin (1000-ə yaxın) imtahanların ikinci mərhələsinə buraxılmasına icazə verilib.

Həmin abituriyentlər seçdikləri ixtisas qrupuna uyğun şəhər və rayonun imtahan günündə – avqustun 13, 14, 20 və ya 21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsində iştirak edə bilərlər.

Lakin bu abituriyentlər nəzərə almalıdırlar ki, onlar ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə qəbul imtahanlarının ikinci mərhələsindən topladıqları bal əsasında iştirak edəcəklər. Qeyd edək ki, abituriyentlərin qəbul imtahanlarının ikinci mərhələsində maksimal olaraq 400 bal toplamaq imkanı var.

2
Teqlər:
abituriyent, qəbul imtahanı, buraxılış imtahanı, imtahan