ELM

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

© AR Ministry of EducationMüəllim olmaq istəyənlər üçün keçirilən imtahan, arxiv şəkli
Müəllim olmaq istəyənlər üçün keçirilən imtahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahanların idarə olunması üçün 5 imtahan rəhbəri, 38 zal nəzarətçisi ayrılıb

BAKI, 14 iyul - Sputnik. Bu gün 2019/2020-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlayacaq.

İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanda iştirak etmək üçün namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini və "Namizədin imtahana buraxılış vərəqəsi"ni təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Magistraturaya imtahan prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
DİM magistraturaya qəbul olunmaq istəyənlərlə bağlı məlumat yaydı

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 447 namizəd qeydiyyatdan keçib. Onlardan 299 nəfəri qız, 148 nəfəri oğlandır. 394 namizəd Azərbaycan bölməsinin, 53 namizəd rus bölməsinin, 199 namizəd cari ilin, 248 namizəd isə əvvəlki illərin məzunudur, 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 435, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 5 imtahan rəhbəri, 38 zal nəzarətçisi ayrılıb.

Xəbər lenti
0