Səmada meteorit yağışı

İtin başına göydən "daş" düşdü, amerikalılar dərhal məsələni nəzarətə götürdülər

435
İtin sahibi daş öyrənilmək üçün alimlərə bağışlayıb

BAKI, 28 may — Sputnik. Kosta-Rikada unikal hadisə baş verib. Orada Roki adlı itin yatdığı damın üzərinə meteorit parçası düşüb. Meteorit damı deşib, amma itə xəsarət yetirməyib.

Sputnik Azərbaycan bu barədə space.com-a istinadən məlumat verir.

Meteorit əvvəlcə paltaryuyan maşın ölçüsündə olub, lakin atmosferə daxil olduqdan sonra hissələrə ayrılıb və onlardan biri də itin damına düşüb.

Bu daşın unikallığı ondadır ki, onun tərkibində Yerdənkənar mənşəyə malik su ilə zəngin minerallar var.

Artıq amerikalı alimlər Kosta-Rikaya gəliblər: Rokinin sahibi daşı öyrənilmək üçün alimlərə bağışlayıb.

Alimlər asteroidlərdən suyu çıxarmağa çalışırlar ki, gələcəkdə onu şirin suya və yaxud raket yanacağı üçün komponentə çevirsinlər.

Kosta-Rikaya gəlmiş amerikalı alimlərdən Lourens Harvinin dediyinə görə, sözügedən meteorit cansız mühitdə formalaşıb, sonra isə havasız məkanda və soyuqda 4,56 milyard il qaldıqdan sonra Kosta-Rikanın ərazisinə düşüb.

Bu tipli meteoritlər Yer şəraitində uzunömürlü olmurlar: məsələn, yağış yağsa, o hissələrə parçalanacaq.

435