Boş deputat oturacaqları

Yeni dövlət rüsumları tətbiq olunacaq

77
(Yenilənib 14:47 07.05.2019)
Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə tutulacaq dövlət rüsumunun dərəcələri müəyyənləşib

BAKI, 7 may - Sputnik. Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə tutulacaq dövlət rüsumunun dərəcələri müəyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyə baxılıb.

Qanuna 32-1-ci maddə (Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) əlavə edilir.

Əlavəyə görə, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3000 manat, ümumtəhsil müəssisələri 5000 manat, məktəbdənkənar təhsil müəssisələri 7000 manat, peşə təhsili müəssisələri 10000 manat, orta ixtisas təhsili müəssisələri 15000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15000 manat dövlət rüsumu ödəyəcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

77
Teqlər:
rüsum, dövlət, Milli Məclis, təhsil
Əlaqədar
Təhsil Nazirliyi yayılan videoya aydınlıq gətirdi
Azərbaycanda təhsil müəssisələri təhlükə mənbəyidir?!
Azərbaycan təhsilində din dərsinə ehtiyac varmı - ekspert şərh edir
Elmin inkişafına hansı əngəllər var - Təhsil eksperti açıqlayır