Uşaq bağçası, arxiv şəkli

Bağçalar orta məktəblərlə bağlı şad xəbər

105
(Yenilənib 13:34 07.05.2019)
Dövlət bağçaları və orta məktəblərinə lisenziya verilməsinə görə dövlət rüsumu ləğv olunur

BAKI, 7 may - Sputnik. Dövlət məktəbəqədər təhsil müəssisələri və dövlət ümumi təhsil müəssisələrinə lisenziya verilməsinə görə dövlət rüsumu alınmayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Mövcud qanunvericiliyə əsasən, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10000 manat dövlət rüsumu ödəməlidir.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

105
Teqlər:
lisenziya, rüsum, dövlət, müəssisə, məktəbəqədər təhsil
Əlaqədar
Uşaq bağçasının balaca sakinləri ağac əkiblər
Bağça rəhbərlərinə xəbərdarlıq edildi: Qəbul elektron qaydada olacaq
Mehriban Əliyeva bağça, gimnaziya və məktəbə baş çəkib
 Boş dərs otağı, arxiv şəkli

Nazirlər Kabineti təhsillə bağlı qərar verdi

49
Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir

BAKI, 20 noyabr - Sputnik. Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Qeyd edək ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Müəyyən edilib ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.

49
Teqlər:
dəyişiklik, qərar, Nazirlər Kabineti, distant, təhsil, Azərbaycan
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

20
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

20
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

0
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

0
Teqlər:
qarğıdalı, fermer, Balakən