Dövlət İmtahan Mərkəzinin binası

Magistraturaya qəbul olmaq istəyənlərin diqqətinə!

22
(Yenilənib 09:59 07.05.2019)
Bakalavrlar günün sonunadək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər

BAKI, 7 may — Sputnik. Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi başa çatır. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 

Bildirilib ki, bakalavrlar günün sonunadək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2019-cu il fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər.

Bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib bu gün saat 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 26 may 2019-cu ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.

22
Teqlər:
seçim, mərhələ, imtahan, qəbul, magistratura
Əlaqədar
Buraxılış imtahanının nəticələri açıqlanıb
Onlarla abituriyentin imtahan nəticələri ləğv edilib
Buraxılış imtahanının nəticələri elan edilib