İmtahan keçirilən binanın önündə gözləyən adamlar

Ölkə üzrə həyəcanlı anlar başa çatıb

475
(Yenilənib 15:49 05.05.2019)
Proses Bakı, Sumqayıt, Naxçıvan, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Lənkəran, Şirvan, Qusar və Xaçmaz şəhərlərində həyata keçirilib

BAKI, 5 may — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirilib. 

DİM-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Lənkəran, Şirvan, Qusar və Xaçmaz şəhərlərində, ümumilikdə 41 binada aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 45 dəqiqə davam edib. İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi imtahan şəraiti yaradılıb.

Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.

Mayın 6-dan başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

2019-cu il mayın 5-də keçirilən birinci imtahanda iştirak etməyən və yaxud "qeyri-məqbul" alan abituriyentlər, həmçinin buraxılış imtahanı çərçivəsində bu fənn üzrə verdikləri imtahanda nisbi balı 50-dən az olan cari ilin məzunları mayın 26-da keçirilən ikinci imtahanda iştirak etmək üçün mayın 8-dən 14-dək qeydiyyatdan keçməklə "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər. Azərbaycan dili fənni imtahanından "məqbul" ala bilməyən abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar.

475
Teqlər:
abituriyent, fənn, dil, Azərbaycan, imtahan
Əlaqədar
Buraxılış imtahanının nəticələri açıqlanıb
Onlarla abituriyentin imtahan nəticələri ləğv edilib
Tələbələr imtahan verirlər, arxiv şəkli

Rusiyada oxumaq istəyənlər pandemiyaya rəğmən sərhədi keçə bilərlər

482
(Yenilənib 21:19 12.07.2020)
Təhsil və elm komitəsi gənc tələbələrin səhiyyə sisteminə riskinin minimal olduğunu vurğulayaraq təşəbbüsü dəstəkləyib

BAKI, 12 iyul — Sputnik. Rusiya Dövlət Dumasında MDB-dən olan abituriyentlərə koronavirus pandemiyası səbəbindən məhdudiyyətlərə rəğmən, Rusiyaya gələrək qəbul imtahanlarında iştirak etmək üçün icazə verilməsi təklif olunub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, təşəbbüs ölkənin Xarici İşlər Nazirliyi və “Rossotrudniçestvo”ya göndərilib.

Həmçinin bildirilir ki, təkliflər sırasında məzunlara Moskva Dövlət Universitetinin xaricdəki filiallarına gələrək əyani imtahan vermək imkanının yaradılması da səslənib.

Məlumata görə, Təhsil və elm komitəsi gənc tələbələrin səhiyyə sisteminə riskinin minimal olduğunu vurğulayaraq təşəbbüsü dəstəkləyib.

İyun ayında Rusiya Təhsil Nazirliyi “Ali məktəbə onlayn qəbul” servisini istifadəyə verib. Rusiyalı abituriyentlər dövlət xidmətləri portalından istifadə edərək Rusiyanın 54 universitetinə sənəd verə bilərlər.

482
Əlaqədar
Get evinə: ABŞ onlayn təhsilə keçən tələbələri ölkədən çıxaracaq
Bir ətək pul alırlar, verdiklərinə bax: Pandemiya dövründə isə xüsusi həngamə olacaq
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi attestatlarla bağlı məlumat yaydılar
Çayxana qədər olmayan təhsilin çətin günü! Bunun fəsadı ağır olacaq
Ekspert: “Müasir ixtisasların tədrisi üçün peşəkar kadrlara ehtiyac var”
İmza, arxiv şəkli

Baş nazir təhsil sahəsi ilə bağlı qərar verdi

14
(Yenilənib 15:21 11.07.2020)
Şəki Dövlət Texniki Kollecinin Şəki Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statusuna malik olan Şəki Dövlət Regional Kolleci yaradılacaq.

BAKI, 11 iyul — Sputnik. Nazirlər kabineti Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradılacaq.

Lənkəran Dövlət Humanitar Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Şəki Dövlət Texniki Kollecinin Şəki Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statusuna malik olan Şəki Dövlət Regional Kolleci yaradılacaq.

Yaradılan publik hüquqi şəxslər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Bakı İdarəetmə və Texnologiya Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Dövlət Sosialİqtisadi Kolleci, Bakı Humanitar Kolleci, Bakı Dövlət İqtisadiyyat və 3 Humanitar Kolleci, Sumqayıt Musiqi Kolleci, Gəncə Musiqi Kolleci, Gəncə Dövlət Regional Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Şəki Dövlət Texniki Kolleci, Şəki Dövlət Regional Kolleci öz fəaliyyətlərini davam etdirəcələr.

Təhsil Nazirliyi bu Qərarın icrası ilə əlaqədar qənaət edilən maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazanın təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin etməlidir.

14
Milli Məclisin binası, arxiv şəkli

Milli Məclis Aparatı dünən axşam baş verən hadisələrlə bağlı məlumat yayıb

0
(Yenilənib 13:18 15.07.2020)
Ötən gün axşam Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Milli Məclis qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub

BAKI, 15 iyul — Sputnik. Ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məlumatında deyilir.

Açıqlamaya görə, Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb.

Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin Sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub.

Azərbaycan Respublikasının Milli Məclisi olaraq xalqımıza, dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə dövlətin ali qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir.

Bu gün Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyini diqqətə çatdırırıq.

Azərbaycan Respublikası Milli Məclisi olaraq bildiririk ki, xalqımız, dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan Ordumuzun, döyüşlərdə şəhid olan hərbçilərimizin və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıyırıq.

0