ELM

Orta məktəblərdə tətil başladı

Abunə olmaq
Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir

BAKI, 1 may — Sputnik. Bu gündən ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, həmçinin məktəbəhazırlıq qruplarında 5 gün əlavə tətil (1-5 may) olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümumtəhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Noyabrın 16-dan 20-dək payız tətili, yanvarın 27-dən 31-dək qış tətili, mayın 1-dən 5-dək ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.

Xəbər lenti
0