İmtahan keçirilən binanın önündə dayanan şəxslər

Sabahkı günə hazırlaşanlara xəbərdarlıq olunur

664
(Yenilənib 11:45 27.04.2019)
Aprelin 28-də, eləcə də DİM tərəfindən keçirilən digər imtahanlarda iştirak edəcək şəxslərin nəzərinə!

BAKI, 27 aprel — Sputnik. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 28-də növbəti imtahanlar keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, DİM imtahanda davranış qaydaları ilə bağlı məlumatları bir daha abituriyentlərin nəzərinə çatdırır:

Hər bir imtahandan öncə iştirakçılar üçün imtahan haqqında məlumat, imtahan zalında görülən işlər, davranış qaydaları və digər məsələləri özündə əks etdirən "Yaddaş kitabçası" hazırlanır. "İmtahana buraxılış vərəqəsi"ndə də yaddaş kitabçasından çıxarış təqdim olunur. Abituriyentlər imtahandan öncə "Yaddaş kitabçası" ilə mütləq tanış olmalıdırlar.

İlk növbədə, iştirakçılar imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir), gətirməlidirlər.

Saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək, imtahan binasına, zalına mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək, başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab vərəqinə, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, cavab vərəqini və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq abituriyentə qadağandır.

Abituriyentin göstərilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə o, imtahandan xaric olunur və onun imtahan nəticələri DİM tərəfindən ləğv olunur. DİM abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar etmək üçün müxtəlif üsullardan istifadə edir.

Məlumat üçün bildirək ki, 7, 14 və 21 aprel tarixlərində keçirilən buraxılış imtahanlarında sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən, ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub.

Aprelin 7-də keçirilən buraxılış imtahanlarında imtahan başa çatdıqdan sonra sual kitabçasının fotoşəkilinin sosial şəbəkələrdə yayılması halı ilə əlaqədar ilkin araşdırmanın nəticəsi də məlumdur və bu barədə növbəti həftənin birinci günü daha ətraflı məlumat veriləcək.

Bütün imtahan iştirakçılarına uğurlar arzulayırıq və tələb olunan qaydalarla bir daha tanış olmağı və onlara riayət etməyi tövsiyə edirik.

664
Teqlər:
şagird, abituriyent, DİM, Dövlət İmtahan Mərkəzi
Əlaqədar
Ekspert buraxılış imtahanları haqqında: bu, orta məktəb təhsilinə hörmətsizlikdir
Buraxılış imtahanları başa çatıb
Buraxılış imtahanlarında iştirak edən şagirdlərin nəzərinə!
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

20
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

20
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

10
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

10
Rusiyada həkim

Şimal qonşumuzda bir gündə 300-dən çox adam koronavirusdan öldü

7
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb

BAKI, 30 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 26 338 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 368 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2 milyon 295 654 nəfərə çatıb. Rusiyada pandemiya yayılandan 39895 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1778704-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

7
Teqlər:
Rusiya, Koronavirus, COVID-19