Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir

Şagirdlərlə valideynləri birləşdirən həyəcan - REPORTAJ

8841
(Yenilənib 12:36 07.04.2019)
İmtahan verən şagirdlərin valideynləri övladlarından daha çox həyəcanlanırlar

Nigar Məhərrəm, Sputnik Azərbaycan 

BAKI, 7 aprel - Sputnik. Xəbər verdiymiz kimi, bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir. İmtahanla bağlı ümumi vəziyyəti öyrənmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 279 saylı orta məktəbdə olub.

Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 23 saylı məktəbdə təhsil alan Rəhimova Hicranın anası Rəhimova Sədaqət həyəcanını gizlədə bilməyib: “Qızım II qrupa hazırlaşır. Çox həyəcanlıyam. Ümid edirəm ki, bizi sevindirəcək. Əsas hədəfi 700 bal yığmaqdır. Qismət nədirsə, o da olacaq”. 

Suraxanı rayonunda yerləşən 23 saylı orta məktəbdə təhsil alan Rəhimova Hicranın anası Rəhimova Sədaqət
© Sputnik / Nigar Maharram
Suraxanı rayonunda yerləşən 23 saylı orta məktəbdə təhsil alan Rəhimova Hicranın anası Rəhimova Sədaqət

Suraxanı rayonu R.Abidov adına 85 nömrəli məktəbdə təhsil alan Qiyasova Günelin anası İlhamə xanım qızının yüksək bal yığacağına inandığını söyləyib: “Qızım çox çalışqandır, özünəinamlıdır. Qızımı sınaq imtanahlarına çox az yollamışam. Çünki imtahanlarda çox həyəcanlanırdı. Amma ümid edirəm ki, bu imtahanda o qədər də həyəcanlanmaz”. 

85 nömrəli məktəbdə təhsil alan Qiyasova Günelin anası Qiyasova İlhamə
© Sputnik / Nigar Maharram
85 nömrəli məktəbdə təhsil alan Qiyasova Günelin anası Qiyasova İlhamə

Şagird Sevinc Həsənovanın anası isə övladının 4-cü qrupa hazırlaşdığını deyir: “Qızım sınaqlarda 580-dək bal yığıb. Ona görə bu imtahanda ondan yaxşı nəticə gözləyirik. Bu günədək onu kitabdan ayıra bilməmişəm. Elə bu səhər saat 7-də durub dərs oxuyurdu. Gərək ki, bu imtahanda azı 200 bal yığsın ki, ümumi imtahanların nəticəsi yaxşı olsun”. 

275 saylı orta məktəbdə təhsil alan Qurbanov Qabilin anası Qurbanova Səadət isə övladının I qrupa hazırlaşdığını, çox həyəcanlandığını söyləyib: “Ümid edirəm ki, bu gün 200-ə yaxın bal yığacaq”.

Dövlət İmtahan Mərkəzi bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirir.

  • Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
    Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
    © Sputnik / Nigar Maharram
  • Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
    Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
    © Sputnik / Nigar Maharram
  • Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
    Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
    © Sputnik / Nigar Maharram
  • Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
    Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
    © Sputnik / Nigar Maharram
1 / 4
© Sputnik / Nigar Maharram
Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, buraxılış imtahanında ümumilikdə 27659 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 63 imtahan mərkəzi ayrılıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq.

 

8841