TOEFL kitabı

DİM vacib imtahan barədə elan verib

22
(Yenilənib 10:13 05.04.2019)
İmtahanda iştirak edən şəxslər saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar

BAKI, 5 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 6-da TOEFL IBT imtahanı keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

Bildirilib ki, TOEFL IBT imtahanı 2019-cu il aprelin 6-da Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahan saat 09.30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

22