ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib

DİM buraxılış imtahanı keçirəcək

171
(Yenilənib 10:59 15.02.2019)
Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır

BAKI, 15 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 17 fevral 2019-cu il tarixində respublikanın 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək. Sputnik Azərbaycan-a DİM-dən verilən məlumata görə, həmin gün 3432 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. 

Bu imtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə fevralın 12-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanır. İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) 

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Belə ki, şagirdlərin şəkli "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir. İmtahana giriş zamanı isə proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır. 

İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab vərəqini nəzarətçiyə təhvil verməlidirlər.

İmtahanların keçirilməsi üçün 25 imtahan binası ayrılıb.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında 3432 (Bakıda 1447, Gəncədə 301, Şəmkirdə 56, Gədəbəydə 71, Qazaxda 58, Tovuzda 71, Sumqayıtda 288, Şamaxıda 78, Qaxda 78, Bərdədə 139, Göyçayda 72, Kürdəmirdə 39, Zərdabda 32, Şirvanda 115, Sabirabadda 80, Biləsuvarda 33, Salyanda 55, Saatlıda 77, Lənkəran 43, Cəlilabadda 113, Qubada 77, Qusarda 40, Xaçmazda 69 nəfər) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 34 imtahan rəhbəri, 314 nəzarətçi-müəllim ayrılıb.

171
Teqlər:
buraxılış imtahanı, imtahan, Dövlət İmtahan Mərkəzi
Əlaqədar
Dövlət İmtahan Mərkəzi qalmaqallı iddiaları təkzib edir: Tamamilə əsassızdır
Dövlət İmtahan Mərkəzi statistik məlumatları açıqladı
Dövlət İmtahan Mərkəzi xəbərdarlıq edir
Dövlət İmtahan Mərkəzi sənəd qəbulu elan edir
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

20
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

20
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

10
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

10

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

0
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

0