ELM

Tanınmış akademik ordenlə təltif olundu

© Sputnik / Murad OrujovAMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov
AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Yaqub Mahmudovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib

BAKI, 9 fevral - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik, deputat Yaqub Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Y.Mahmudov 1939-cu ilin fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 

Xəbər lenti
0