Alimlər yeni tapdıqları mumiyanı bərpa eidrlər, arxiv şəkli

Daha bir mumiyanın sirri açıldı

72
(Yenilənib 18:50 18.01.2019)
Bu mumya eramızdan əvvəl 300-200-cü illərdə yaşayan bir şəxsə məxsusdur.

BAKI, 24 yanvar — Sputnik. Madridin Milli arxeologiya universitetinin alimləri muzeydə yerləşən mumiyalardan birinin kimliyini müəyyən ediblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, qızıl qalxan ilə örtülmüş mumiya muzeyə 1925-ci ildə daxil olub. Bu mumiya eramızdan əvvəl 300-200-cü illərdə yaşayan bir şəxsə məxsusdur.

Öncə mümiyanın qadın cinsinə məxsus olduğu iddia olunsa da, araşdırma nəticəsində məlum olub ki, mumiya kişiyə aiddir. 2016-cı ilə kimi bu mumiyanın ancaq adı məlum olub. Onun adı Nespamedudur. Onun kahin olduğu deyilir.

Araşdırmalar nəticəsində məlum olub ki, kişi öləndə onun 55 yaşı olub.

Mumiyanın parçasında göz şəkli həkk olunub. Bu da onu göstərir ki, kahin oftamoloq olub və firon II Ptolomeyi müalicə edib.

İddia olunur ki, həkim o qədər məşhur olub ki, öləndən sonra onu mumiyalamaq qərarına gəliblər.

72