Azərbaycan Dövlət İqtisad Universitetinin binası

UNEC-də beynəlxalq elmi konfrans keçiriləcək

15
(Yenilənib 19:34 10.01.2019)
Konfransda dünyanın 20-dən çox ölkəsinin tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək.

BAKI, 11 yanvar — Sputnik. 14-15 fevral 2019-cu il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf (Economic Social Development - ESD) təşkilatı ilə birgə “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakının Park Inn otelində keçiriləcək konfrans ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. Qeyd edək ki, ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır.

UNEC-in təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək konfransda dünyanın 20-dən çox ölkəsinin tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Konfransda iştirak məqsədilə 240-dan çox məqalə təqdim olunub. Konfransa qəbul olunan məqalələr “Web of Science”-də və “EconLit”də dərc olunacaq.

15