Məsmə Abbasova

Fransada təhsil alan azərbaycanlı tələbə uğur sirlərini bölüşüb

176
(Yenilənib 13:43 07.01.2019)
"4 il ərzində həm Azərbaycanın, həm də Avropanın nüfuzlu universitetinin diplomunu qazanacam, bu, mənim üçün böyük üstünlükdür"

BAKI, 7 yanvar — Sputnik. "UNEC-dən dünyaya" layihəsi davam edir. Layihənin budəfəki müsahibi UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) mühasibat uçotu və audit ixtisası üzrə tələbəsi Məsmə Abbasovadır. O, UNEC-in Montpellier universiteti ilə ikili diplom proqramı çərçivəsində təhsilini Fransada davam etdirir.

Sputnik Azərbaycan Məsmə Abbasova ilə müsahibəni təqdim edir: 

UNEC-in rektoru, professor Ədalət Muradov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən “Avrasiya iqtisadi perspektivi” V Beynəlxalq Avrasiya İqtisadi Forumunda iştirak edib
© Photo : UNEC-in mətbuat xidməti

- Məsmə, ikili diplom proqramına qoşulmaq hansı zərurətdən yarandı və sənə hansı üstünlüyü qazandıracaq?

- İkili diplom proqramına qoşulmağımın ən böyük səbəbi məzun olduqda yalnız UNEC-in deyil, həm də Montpellier Universitetinin bakalavr diplomunu əldə edə bilmək şansıdır. 4 il ərzində həm Azərbaycanın, həm də Avropanın nüfuzlu universitetinin diplomunu qazanacam, bu mənim üçün böyük üstünlükdür. Əminəm ki, gələcəkdə hər iki universitetin qazandırdığı bilik və əldə etdiyim diplomlarla uğurlu karyera qura biləcəm.

- İkili diploma qoşulmaq üçün hansı prosedurlardan keçdin, problemin oldumu?

- Xeyir, olmadı. UNEC-in Montpellier universiteti ilə ikili diplom proqramı 3 ildir ki, davam edir, hətta ilk məzunları da oldu. Ona görə də hər kəs kifayət qədər məlumatlı idi. Proqrama qoşulmaq üçün öncə CV və transkriptimi təqdim etdim, daha sonra müsahibə mərhələsinə çağırıldım. Müsahibəni uğurla verdiyim barədə məlumat aldıqdan sonra isə proqramın təşkilatçıları, valideynlər, həmçinin keçən il həmin proqramda iştirak etmiş tələbələrin iştirakı ilə universitetdə görüş keçirildi. Görüşdə bizi narahat edən məqamlara da aydınlıq gətirmək fürsətimiz oldu. Daha sonra isə Fransa səfirliyinə uzunmüddətli tələbə vizası üçün müraciət etdim, səfirlikdə isə artıq UNEC-i və bizi tanıyırdılar, ona görə də geriyə sadəcə lazım olan sənədləri yığmaq qalırdı.

- UNEC-lə Montpellier universiteti arasında hansı oxşarlıq və fərqliliklər var?

- Əvvəla onu deyim ki, Avropa ilə Azərbaycandakı təhsil sistemi tamamilə fərqlidir. Bu fərq yalnız ali təhsildə deyil, orta məktəb səviyyəsində də hiss olunur. Şagirdlərə araşdırma qabiliyyəti, qrupla işləmək vərdişi məktəb illərindən aşılanır, biz isə bu sistemə hələ yeni-yeni keçirik. Həmçinin dərs saatlarının az olması, daha yığcam şəkildə keçirilməsi, imtahanların sayının az olması, tələbənin daha çox araşdırma qabiliyyətinin inkişaf etdirilməsi, qaib sisteminin olmaması fərqli cəhətlər arasındadır. Buna baxmayaraq deməzdim ki, UNEC-dəki təhsil səviyyəsi buradakından geri qalır. Başqa fakültələrdə deyə bilmərəm, amma mənim təhsil aldığım Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimlərinin böyük əksəriyyəti xaricdə təhsil alıb və dərsləri yüksək səviyyədə tədris edirlər. Bu isə İSE tələbələrinin kifayət qədər savadlı və təcrübəli mütəxəssis kimi yetişmələrinə birbaşa təsir edən amillərdəndir.

- Montpellier universitetində daha çox nə xoşuna gəlir? 

-Auditoriyaların daha müasir olması, müəllimlərin texnologiya cəhətdən daha təcrübəli olmaları, dərslərin qısaldılmış formada keçirilməsi çox xoşuma gəlir. UNEC-də semestr ərzində kecdiyimiz, 2 dəfə kollokvium, sessiya imtahanı verdiyimiz, sərbəst iş və seminarlarına hazırlaşdığımız bir çox fənn var ki, fikrimcə gələcək karyeramızda önəmli rol oynamayacaq və mənə görə zaman itkisidir.

- Montpellier universitetinə getdiyin ilk zamanlarda hansı çətinliklərlə üzləşdin? Mühit, dil fərqi, o cümlədən fərqli mədəniyyət sənə necə təsir etdi?

-Çətinlik universitet və dərs baxımından demək olar ki, olmadı. UNEC-də ingilis dilində təhsil aldığım üçün Montpellier universitetində fənlər mənə dil cəhətdən rahat gəldi, çətinlik çəkmədim. Xarici tələbələr müxtəlif yaş və millətlərdən olduqlarına görə, ilk zamanlar onlarla ünsiyyət qurmaq çətin idi, amma qrup işlərində iştirak etdikcə bu çətinlik tədricən yox oldu. Burda demək olar ki, hər ölkədən tələbə var və hər tələbə öz mədəniyyətini nümayiş etdirir. Bəziləri ilə ünsiyyət qurmaq asandır, bəziləri ilə isə təəssüf ki, yox. Tələbələr bir-biriləri ilə daha çox qrup işlərində ünsiyyətdə olurlar və eyni, ya da yaxın mədəniyyətdən olanlar isə dərsdən sonra da vaxtlarını birlikdə keçirirlər. Fransızların çoxu ingilis dilində danışmağa üstünlük vermədiklərindən, ilk günlərdə bir az çətinlik çəkirdim, çünki şəhəri tam tanımırdım və orada həll etməli olduğum bəzi sənəd işləri var idi. Amma tez bir zamanda artıq yeni mühitə öyrəşdim.

- Montpellierdə əcnəbi və yerli tələbələrə hər hansı güzəştlər varmı?

-Burada tələbələr üçün çox da böyük güzəştlər yoxdur, amma xüsusi bir təşkilat var ki, oraya müraciət etdikdən sonra yataqxana ödənişində endirim olunur, məbləğin bir hissəsi həmin təşkilat tərəfindən yataqxanaya ödənilir.

- Fransada tələbənin bir aylıq yaşam xərcləri nə qədərdir? 

-Məncə, bu sual tələbənin büdcəsini necə bölməsindən və nəyə xərcləməsindən asılı olaraq dəyişir. Aylıq xərc vaxt keçdikcə azalmağa başlayır. Ümumilikdə, hər ay büdcədən 30-35 avro market alış-verişinə, 10-15 avro nəqliyyata, 162 avro isə yataqxana kirayəsinə ödənilir.

- Asudə vaxtını necə keçirirsən?

-Fürsətdən istifadə edib Montpellier və Avropanın digər şəhərlərini gəzməyə çalışıram və hər şəhərin məni heyran edən cəhətlərini tapıram.

- Bir azərbaycanlı tələbə kimi ölkəmizi xaricdə necə təmsil edirsən?

-Qrupda hər ölkədən tələbə olduğuna görə müəllimlər tez-tez həmin ölkənin mədəniyyəti, yaşam tərzi haqqında suallar verirlər. Mən də bacardığım qədər dolğun şəkildə sualları cavablandırmağa və ölkəmi daha yaxşı şəkildə təmsil etməyə çalışıram.

- UNEC-in 10 tələbəsi hazırda Montpellierdə təhsil alır. Əlaqəniz necədi, dərslərdə bir-birinizə dəstək olursunuzmu?

-Biz 5 nəfər qız eyni yataqxanada qalırıq. Bura gələn ilk gündən bir-birimizə həm dərslərdə, həm də dərsdən kənarda kömək edirik. Digər tələbələrlə də dərslərdə bir yerdə oluruq, əlimizdən gəldiyi qədər, xüsusilə də imtahan vaxtı bir-birimizə dəstək olmağa çalışırıq. Keçən il bura gələn azərbaycanlı tələbələrdən də məlumat alırıq, onlar da öz təcrübələrini bizimlə bölüşürlər.

Məsmə Abbasova
© UNEC-in mətbuat xidməti
Məsmə Abbasova

- İmtahanları necə verirsən, çətin deyil ki?

-Montpellier universitetində imtahan sistemi tamamilə fərqlidir. İmtahanlarımız oktyabr-noyabr aylarından başlayıb. Burada UNEC-dən fərqli olaraq dərs saatları və keçilən mövzular daha azdır. Hər dərs üçün 15 saat vaxt ayrılır və tez bir zamanda yekunlaşır. İmtahan yazılı olur və tələbələrə suallar əvvəlcədən verilmir. Hər fənn üzrə maksimum 20 bal verilir. Bəzi müəllimlər qiyməti qrup işləri və imtahana əsasən, bəziləri isə yalnız yazılı imtahana əsasən verirlər. Sonuncu imtahanlarımızı da dekabrın ikinci yarısı verdik. Artıq tətil planları qurmağa başlayırıq.

İmtahanlar bitdiyinə görə çox sevinirəm, amma burada keçirəcəyim vaxt azaldığına görə məyus oluram. Mənim üçün Montpellier çox böyük təcrübə oldu. Burada yeni dostlar tanıdım, əsl tələbəlik həyatı yaşadım. Müxtəlif millətlərin nümayəndəsi olan müəllimlərdən dərs almaq və tələbələrlə eyni qrupda oxumaq imkanını əldə etdim. Bu şəraiti yaratdıqlarına görə valideynlərimə və UNEC-ə minnətdaram!

176
Teqlər:
Fransa, tələbə, UNEC
Əlaqədar
UNEC-in Prezident təqaüdçüsü olan tələbəsi seçiminin səbəbinə aydınlıq gətirib
UNEC yeni layihəyə start verdi
UNEC-də tətbiq edilən yeniliklərdən danışılıb
UNEC və Bakı Fond Birjası əməkdaşlığa başlayır
Tədqiqat, arxiv şəkli

Yapon alimlər indiyədək heç kəsin görə bilmədiyini gördülər

6
(Yenilənib 01:52 04.12.2020)
Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

BAKI, 4 noyabr - Sputnik. Yapon alimlər əvvəllər müşahidə edilə bilməyən zərrəciklərin vizualizasiya metodunu aşkarlayıblar. Müəlliflərin fikrincə, bu, günəş batareyaları və işıq diodlardan tutmuş smartfon və lazerlərədək gələcək yüksək texnologiyalı qurğuların hazırlanmasında gərəkli olan ikiölçülü yarımkeçiricilərin öyrənilməsində inqilaba bərabər kəşfdir.

Sputnik Azərbaycan bildirir ki, araşdırmanın nəticələri Science jurnalında dərc olunub.

Eksitonlar - bir çox müasir texnologiyanın əsas tərkibi olan yarımkeçiricilərdə maddənin həyəcan vəziyyətini əks etdirən kvazi hissəciklərdir. İşıq elektronlara təsir edib onları daha yüksək enerji halına qaldıran zaman eksitonlar yaranır, bu zaman elektronların əvvəl olduğu enerji səviyyəsində isə dəlik əmələ gəlir.

"Dəlik - elektronun olmaması deməkdir, ona görə də onlar elektronun əksi olan yükü daşıyırlar. Əks yüklər bir-birini cəzb edir, həm elektronlar, həm də dəliklər birləşərək eksitonları əmələ gətirir, bunlar isə öz növbəsində material daxilində hərəkət edir", - Okinava Elm və Texnologiya İnstitutunun professoru, femtosaniyə spektroskopiya bölməsinin rəhbəri Keşav Dani yazır.

İri yarımkeçiricilərdə eksitonlar əmələ gəldikdən sonra saniyənin milyardda bir kəsikləri ərzində sönür. Üstəlik, onlar "kövrək" də ola bilir, bu isə həm öyrənilməsini, həm də idarəolunmasını çətinləşdirir. Ancaq təxminən on il əvvəl alimlər ikiölçülü yarımkeçiriciləri kəşf etdilər ki, bunlarda eksitonlar daha dayanıqlıdır.

"Stabil eksitonlar bu materiallara, doğrudan da unikal xüsusiyyət bəxş edir, buna görə də eksiton əsaslı yeni optik-elektron qurğuların yaradılması üçün xeyli araşdırma aparılıb, - digər müəllif, femtosaniyə spektroskopiya bölməsinin əməkdaşı doktor Jülyen Madeo qeyd edir. - Ancaq hazırda eksitonların ölçülməsi üçün standart eksperimental texnika məhduddur".

Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

Qara eksitonlarda elektronların impulsu parlaq eksitonlardakı elektronların impulsundan və əlaqədə olduqları dəliklərin hərəkət anından fərqlənir, bu isə onlara işığı udmağa imkan vermir.

"Bilirdik ki, onlar var, amma birbaşa görə, tədqiq edə bilmədiyimizdən materialın optik-elektron xüsusiyyətlərinə nə dərəcədə təsir etdiyini bilmirdik", - Madeo bildirib. 

Qara eksitonları vizuallaşdırmaq üçün alimlər əvvəllər əlaqəsiz elektronları öyrənmək üçün istifadə etdikləri güclü texnikanı modifikasiya ediblər.

"Tərkibi zərrəciklər olan eksitonlarda bu metodların necə işə yarayacağı aydın deyildi. Bu yanaşmanın əsaslı olub-olmadığı barədə elmi cəmiyyət böyük nəzəriyyə müzakirəsi açdı", - professor Dani qeyd edib.

Müəlliflər təxmin ediblər ki, yüksək enerjiyə malik fotonlu işıq seli ilə yarımkeçirici materialdakı eksitonlara təzyiq olunsa, fotonların enerjisi eksitonları dağıdaraq elektronları materialdan çıxara bilər. Bununla da elektronların materialdam çıxdığı istiqaməti ölçərək elektronların eksitonların tərkibi olduğu zaman malik olduğu ilkin impulsu təyin etmək mümkün olardı. Beləliklə, alimlər nəinki eksitonları görə, eləcə də qara və parlaq eksitonları bir-birindən ayıra biləcəklər.

"Bütün texniki problemləri həll edb, qurğunu qoşarkən bizim ekranda eksitonlar peyda olanda - bu, doğrudan da möhtəşəm idi", - tədqiqatda iştirak etmiş doktor Mişel Man deyib.

Alimləri bir xüsusiyyət də təəccübləndirib: onlar şahid olublar ki, materialda qara eksitonlar parlaq eksitonlardan çoxdur, üstəlik, müəyyən şərtlər daxilində, həyəcanlanmış elektronlar materialda səpələnib impulslarını dəyişən zaman eksitonlar dəyişə bilir (parlaqdan qaraya).

6
Teqlər:
elektron zərrəcik, yarımkeçirici, material, optik, elmi tədqiqat, tədqiqat, alimlər, Yaponiya

Koronavirusu blok edən üç ərzaq

18
(Yenilənib 02:05 04.12.2020)
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

BAKI, 4 dekabr - Sputnik. Alimlər müəyyən ediblər ki, üzüm, şokolad və yaşıl çaydakı kimyəvi birləşmələr SARS-CoV-2 virusunu bloklamağa qadirdir. Sputnik Azərbaycan bildirir ki, bu barədə araşdırma Frontiers in Plant Science jurnalında dərc edilib.

Bildirilir ki, SARS-CoV-2-nin zəif yeri "əsas proteaza" olan Mpro fermentidir. Bu ferment replikasiya mexanizmində iştirak edir. O da məlumdur ki, Mpro güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərinə malik bitki mənşəli ərzağın müxtəlif kimyəvi birləşmələrinin təsiri ilə dəf olunur.

Şimali Karolina Universitetinin mütəxəssisləri bu cür birləşmələri üzə çıxarmaq üçün ərzaq məhsulları və bitki dərmanlarını öyrənblər. Kompüter modelləşdirməsi və laboratoriyalardakı in vitro (şüşə qabda, kolbada - red.) eksperimentləri göstərib ki, yaşıl çay və üzümdəki maddələr Mpro-nun funksiyasını uğurla dəf edir, kakao tozu və tünd şokoladdakı birləşmələr isə proteazanın aktivliyini təxminən yarıbayarı azaldır.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

18
Teqlər:
Yaşıl çay, üzüm, şokolad, ərzaq, blok, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “Son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq”

0
(Yenilənib 00:38 04.12.2020)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir
Rizvan Hüseynov: “Bu Zəfər Günü də gözlənilən idi”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ordumuzun Vətən müharibəsində qələbəsi böyük uğurdur:

“Bu Zəfər Günü də gözlənilən idi. Müstəqilliyimizi qazandıqdan bu yana ən çox gözlədiyimiz bayram günüdür. Hətta deyərdim ki, son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq. Bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Teqlər:
Qarabağ, tarix, Zəfər Günü, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə