Məktəbdə dərs prosesi

"Övladının təhsilinə mane olan barəsində ölçü götürülməlidir" - Valideynlərə xəbərdarlıq

10534
(Yenilənib 18:06 22.12.2018)
DİM sədri: "Ali məktəblərə qəbulda bəzi bölgələrdə qız, bəzilərində isə oğlan abituriyentlərin azlığını müşahidə edirik"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. "Azərbaycanda 11-ci sinfi bitirdikdən sonra abituriyentlərin ali məktəbə qəbul olma səviyyəsi cinslər üzrə bərabərlik təşkil edir. Biz bu faizin 50-50 olduğunu deyə bilərik".

Малейкя Аббасзаде
© Sputnik / Murad Orujov
Малейкя Аббасзаде

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib. "Lakin bölgələrdən asılı olaraq, bu rəqəmlər müxtəlif cür dəyişir. Ali məktəblərə qəbulda bəzi bölgələrdə qız, bəzilərində isə oğlan abituriyentlərin azlığını müşahidə edirik" - deyə o bildirib.

M.Abbaszadənin sözlərinə görə, bu gün qızların ali məktəbə qəbulunda ən aşağı rəqəmlər məhz cənub bölgəsində qeydə alınıb. DİM sədri bildirib ki, qız və oğlan uşaqlarının 11-ci sinifdən sonra ali məktəblərə qəbulu ilə bağlı bölgələr üzrə statistik məlumatlar hazırlanır.

"Artıq "Abituriyent" jurnalının 12-ci sayı hazırlanır. Bütün statistik məlumatlar jurnalın yeni sayında çap ediləcək. Ümumiyyətlə, bu məsələ cari problem deyil" - müsahibimiz vurğulayıb.

Sputnik Azərbaycan-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə övladlarının təhsilinə maneə yaradan belə valideynlərə qarşı müəyyən addımların atılmasının vacibliyindən söz açıb: "Azərbaycan Respublikasının Konstitusiyasında da icbari təhsillə bağlı müddəalar əksini tapıb. Bu səbəbdən uşaqların təhsilinə mane olan, bunun qarşısını almaq üçün maneələr yaradan valideynlərlə bağlı müvafiq araşdırmalar aparılmalıdır".

"Hansısa icmada qız və oğlanların təhsili üçün maneələr törədilirsə, bu zaman qanunvericilikdə dəyişiklik edilməlidir" – deyən millət vəkilinin sözlərinə görə, hüquq-mühafizə orqanları və müvafiq qurumlar bu istiqamətdə ciddi araşdırmalar apararaq səbəbləri müəyyənləşdirməlidir.

10534
Teqlər:
təhsil, uşaq, övlad, Asim Mollazadə, Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzi, Sputnik Azərbaycan
Əlaqədar
Nazir: "Peşə təhsilinin inkişafı üçün yol xəritəsi cızmışıq"
Ekspert “Ümumi təhsil haqqında” qanunu şərh edir
Peşə təhsili müəssisələrində təhsil müddəti dəyişdi
Təhsil sistemində dəyişikliklər gözlənilir