Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov

Nazir: "Əlimizdə olan resurslar bizi qane etmir"

37
"Xarici dildə təhsil verən məktəblərdə əsas diqqətimizdə olan məsələlərdən biri də Azərbayan dili, tarixi və coğrafiyası fənninin tədrisinə yönəlib"

BAKI, 20 dekabr — Sputnik. "Azərbaycanın müstəqilliyik tarixi yaxın keçmişə dayanır. Bu səbəbdən hazırda ana dilində olan resurslar digər dillərdə olan resurslarla müqayisədə azlıq təşkil edir. Etiraf edək ki, hazırda əlimizdə olan bəzi resurslar bizi də qane etmir. Lakin bununla belə, qeyd edə bilərəm ki, 10 il öncəki vəziyyətlə müqayisə aparıldıqda ana dilli resursların əldə edilməsində ciddi dəyişikliklərin olduğunu görə bilərik. Yeni resursların axtarışı istiqamətində görülən işləri davam etdiririk".

Dünya Bankının təşkilatçılığı ilə "İnsan Kapitalı Forumu" mövzusunda təşkil olunan tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov çıxışı zamanı belə deyib.

Nazir yerli və xarici dildə tədris haqda danışarkən bir sıra nüansları vurğulayıb: "Təhsil sistemi ilə bağlı Azərbaycanın qanunvericiliyi digər dövlətlərlə müqayisədə daha liberaldır. Burada həm ana dilində, həm də xarici dildə təhsil almaq mümkündür. Lakin xarici dildə təhsil verən məktəblərdə əsas diqqətimizdə olan məsələlərdən biri də Azərbayan dili, tarixi və coğrafiyası fənninin tədrisinə yönəlib".

37