Sinif otağında şagirdlər, arxiv şəkli

Orta təhsilini bitirə bilməyən şəxslər üçün yeni fürsət

596
(Yenilənib 11:29 10.12.2018)
Qeydiyyat və sənəd qəbulu 10-21 dekabr 2018-ci il tarixlərində aparılacaq

BAKI, 10 dekabr — Sputnik. Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Məlumata görə, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə buraxılış imtahanı verərək həmin səviyyə üzrə müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

BŞTİ rəhbərliyinin əmrinə əsasən, eksternat imtahanları 7-8 yanvar 2019-cu il tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Qeydiyyat və sənəd qəbulu 10-21 dekabr 2018-ci il tarixlərində (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) BŞTİ-də aparılacaq.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 27-28 dekabr 2018-ci il tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

596
Teqlər:
qayda, imtahan, təhsil, attestat
Əlaqədar
Ümumi təhsil müəssisələrində buraxılış qaydalarına dəyişiklik edilir
Deputatdan inqilabi təkliflər: 11 illik icbari təhsil, məktəblərə maliyyə azadlığı...
Təhsil İdarəsinin əməkdaşları xəsarət alan şagirdlərə baş çəkdi

Təhsil Nazirliyi dərs cədvəlinə dəyişiklik etdi

77
Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib

BAKI, 29 sentyabr — Sputnik. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Bu barədə Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir. Xəbərdə qeyd edilir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir.

Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Ötən gün Bakı şəhərində əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Bu gün də cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!

77
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
 Distant təhsil, arxiv şəkli

Distant təhsil bir müddət dayandırılsın - ekspert səbəbi açıqladı

1508
(Yenilənib 18:30 28.09.2020)
VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır.

BAKI, 28 sentyabr — Sputnik. "İnternetə və bəzi sosial media resuslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı ali və orta təhsil pilləsində distant təhsilin bir müddət dayandırılması doğru olardı".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb.

O, qeyd edib ki, bu həm də "WhatsApp"dan istifadə edən valideynlərin, müəllimlərin və təhsil alanların kütləvi olaraq VPN yükləməsinin qarşısını alardı.

"VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən, həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır. Ümid edirəm, Təhsil Nazirliyi bunları nəzərə alaraq zəruri tədbirlər görəcək" - Osman Gündüz qeyd edib.

1508

Müdafiə Nazirliyi: "Madagizdəki erməni əsgərlər döyüşə girməkdən imtina edirlər"

0
Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

"Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər", - deyə Vaqif Dərgahlı qeyd edib.

0
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, Ermənistan ordusu, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Hadrut istiqamətində Ermənistanın komanda müşahidə məntəqəsi darmadağın edilib
Ağdərə istiqamətində Ermənistan ordusunun tankı məhv edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki Karen Babayan məhv edilib