Nailə Vəlixanlı

Azərbaycanlı akademik beynəlxalq təşkilatda yüksək vəzifəyə seçilib

38
(Yenilənib 17:26 29.11.2018)
Beynəlxalq Muzeylər Alyansı (İBMA)-nın konqresində Nailə Vəlixanlı vitse-prezident seçilib

BAKI, 29 noyabr — Sputnik. Çinin Fuçjou şəhərində Beynəlxalq Konfrans və Sərgi Mərkəzində İpəkyolu Beynəlxalq Muzeylər Alyansı (İBMA)-nın konqresi keçirilib.

Sputnik Azərbaycan-a daxil olan məlumata görə, tədbirdə Çin və dünya muzeylərinin nümayəndələri iştirak ediblər. İpək Yolu üzərində olan ölkələrdən - Azərbaycan, Qazaxıstan, Kombociya, İzrail, Laos, Monqolustan, Belorusiya, Serbiya və b. milli muzeylərinin rəhbər və nümayəndələri dəvət olunublar. Azərbaycanı təmsil edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tədbirdə iştirak edib. İBMA və ölkələrin milli muzeyləri arasında memorandum imzalanıb və nizamnamə qəbul olunub. 2019-cu ildə Pekində birgə səyyar sərginin keçirilməsi haqqında qərar qəbul edilib.

Tədbirdə muzeylər arasında beynəlxalq əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması haqqında müzakirələr olub. Sonra İBMA təşkilatının Prezident və vitse-prezidentləri yerlərinə nümayəndələr seçilib. 9 vitse-prezidentdən, 5 nəfəri çinli və 4 nəfəri digər dövlətlərdən seçilib. Seçilən vitse-prezidentlərdən biri Azərbaycandan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı olub.

38