Xətai Əliyev

Azərbaycanlı müəllimdən beynəlxalq uğur

36
(Yenilənib 10:51 22.11.2018)
UNEC-in gənc müəllimi "Bakı Ekspo 2025" elmi məqalə müsabiqəsinin qalibi olub

BAKI, 22 noyabr — Sputnik. 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə Bakının ev sahibliyi etməsi çərçivəsində, Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Bakı Ekspo 2025" Əməliyyat Katibliyi tərəfindən elmi məqalə müsabiqəsi keçirilib.

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqə "Bakı Ekspo 2025" sərgisində Bakının namizədliyinin dəstəklənməsi, sərginin ölkəmizdə keçirilməsi ilə bağlı potensial imkanların təqdim olunması və sərginin prioritet mövzusu olaraq seçilmiş insan kapitalının inkişafı məsələlərinə dair elmi əsasların gücləndirilməsi məqsədilə təşkil olunub. "İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq" mövzusunda keçirilən elmi məqalə müsabiqəsinin qalibi UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru və Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasının gənc müəllimi Xətai Alıyev olub.

UNEC-in gənc müəllimi müsabiqəyə təqdim etdiyi "Azərbaycanda multikultural dəyərlərin inkişafında təhsil və elmin rolu" mövzusundakı elmi məqalədə həm təsviri, həm də empirik metodlardan istifadə edib. Tədqiqat işində Azərbaycanda fərqli aspektlərdən multikultural düşüncə və tolerantlığın səviyyəsi 3308 respondentin iştirak etdiyi sorğu əsasında təhlil edilib. Eyni zamanda təhsilin və elmin rolu Ən Kiçik Kvadratlar (ƏKK) metodu istifadə olunmaqla qiymətləndirilib.

Müsabiqənin qalibi kimi Xətai Alıyevin Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Sərgilər Bürosunun qərargahına səfəri təşkil olunub.

36
Teqlər:
Azərbaycan, müəllim, UNEC
Əlaqədar
UNEC-də oxumaq istəyənlərin nəzərinə
UNEC yeni layihəyə start verdi
UNEC-in Prezident təqaüdçüsü olan tələbəsi seçiminin səbəbinə aydınlıq gətirib
UNEC beynəlxalq reytinqdə ölkə birincisi oldu
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

20
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

20
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

10
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

10
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

0
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

0
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər