ELM

Orta məktəblərdə təcili müdaxilə tələb edən problem meydana çıxıb

© AR Ministry of EducationШкольники во время олимпиады, фото из архива
Школьники во время олимпиады, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Və ya kişi müəllimlərin olmadığı təhsil sistemi hara gedir?

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Azərbaycanda ümumi pedaqoqların cəmi 18%-ni kişilər təşkil edir. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Rəqəmlərin dili ilə desək, bu, bütün ölkə üzrə 25.276 nəfər deməkdir. Bu mənzərə ölkənin təhsil sistemində əhəmiyyətli dərəcədə gender disbalansının olduğunu göstərir.

Respublika orta ümumtəhsil məktəblərindəki vakant yerlərə müəllimlərin işə qəbulu çərçivəsində keçirilən sonuncu qəbul prosesində 50 mindən artıq namizəd iştirak edib. Onların cəmi 8,185 nəfəri kişi pedaqoqlardır.

Hazırda kişi müəllimlərin sayının ən çox olduğu yeganə rayon Yardımlıdır. Bu rayonda 789 kişi pedaqoq çalışır ki, onlar da ümumilikdə rayon məktəblərindəki müəllimlərin 85%-ni təşkil edirlər.

Ölkəmizdə müəllimlik sənətinin kişilər arasında niyə populyar olmadığını Sputnik Azərbaycan-a təhsil eksperti Kamran Əsədov izah edib. Onun sözlərinə görə, hazırda Azərbaycandakı 4.5 min orta ümumtəhsil məktəbində 150 minə qədər müəllim çalışır.

© Sputnik / Murad OrujovKamran Əsədov
Orta məktəblərdə təcili müdaxilə tələb edən problem meydana çıxıb - Sputnik Azərbaycan
Kamran Əsədov

Mütəxəssis bildirib ki, kişilərin müəllimlik peşəsini seçməmələrinin əsas səbəbi müəllim maaşının aşağı olması ilə bağlıdır: "Çünki bu maaş ailə başçısına ailənin bütün xərclərini ödəməyə kifayət eləmir".

"Əgər bu gün məktəbdə işləyən müəllim 250-400 manat maaş alırsa, digər sahələrdə daha çox qazanc əldə etmək mümkündür. Ona görə də ümumtəhsil müəssisələrində kişi pedaqoqların sayı kritik dərəcədə azdır" - Əsədov deyib.

O, qeyd edib ki, kişi müəllimlərin işə qəbulu imkanlarını genişləndirmək lazımdır, əks təqdirdə bunun neqativ nəticələrini gözləmək olar. Əsədovun fikrincə, nə qədər ki, məktəblərdə kişi müəllim nümunəsi yoxdur, məktəblilər kimi təqlid etmək məsələsində də qərarsız olacaqlar və onlarda kişi müəllim obrazına hörmət formalaşmayacaq.

© © SputnikƏbədi arzu
Orta məktəblərdə təcili müdaxilə tələb edən problem meydana çıxıb - Sputnik Azərbaycan
Əbədi arzu

Ekspert bunun yeniyetmə oğlanlanların psixologiyasının formalaşmasında da çox vacib rol oynadığını bildirib: "Atalar həmişə uşalqarının yanında olmurlar. Onlar bütün günlərini iş yerlərində keçirirlər. Evdə isə uşaqların tərbiyəsi ilə ancaq analar məşğul olur".

Bundan əlavə, müsahibimiz diqqətə çatdırıb ki, uşaq bağçalarında, ibtidai sinifdə və ümumiyyətlə bütün təhsil prosesi boyunca uşaqlar ancaq qadın pedaqoqlarla qarşılaşırlar: "Bütün bunlar insan xarakterinin, xüsusilə də oğlanların xarakterinin formalaşmasına öz təsirini göstərir".

"Biz müharibə şəraitində yaşayırıq. Buna görə də bizə möhkəm xarakterli kişiləri tərbiyə etmək lazımdır ki, onlar həmişə öz vətəninin keşiyində dayanmağa hazır olsunlar" - deyə Əsədov bildirib.

Ekspert təhsil sistemində gender disbalansının aradan qaldırılması üçün pedaqoq ixtisasını seçmiş kişilərin maaşlarının artırılmasını nəzərdə tutan xüsusi dövlət proqramının hazırlanmasının vacib olduğunu deyib.

Xəbər lenti
0