Bakı Dövlət Universiteti

Azərbaycan universitetləri ciddi itki ilə üz-üzə: Gözlənilməz dəyişiklik olub

15379
(Yenilənib 11:54 01.11.2018)
BDU: Əgər reytinq əvvəlki göstəricilər əsasında hazırlansaydı, göstəricilərimiz daha da artardı

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI 1 noyabr – Sputnik. Azərbaycan universitetləri 2018/2019-cu tədris il üzrə Şərqi Avropa və Mərkəzi Asiya universitetlərinin reytinqində, demək olar ki, 50 pillə geriləyib.

Sputnik Azərbaycan xəbər verir ki, reytinqdə Azərbaycandan ən yüksək pillədə Bakı Dövlət Universiteti (BDU) qərarlaşıb - 142-ci pillə (dünya reytinqində 801-1000 ). Qeyd edək ki, ötən il Bakı Dövlət Universiteti reytinqdə 95-ci, ondan əvvəlki il isə 88-ci olub.

Xəzər Universiteti 161-170-ci yerdə (dünya reytinqində 701-750) qərarlaşıb, Azərbaycan Dövlət İqtisad Universiteti 181-190-ci yerdə, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA və Azərbaycan Dillər Universiteti 201-250-ci yerlərdə, Bakı Slavyan Universiteti isə 251-300-cü pillədə qərarlaşıb.

Ümumilikdə götürüldükdə isə, Azərbaycan universitetlərinin hamısı Avropa və Mərkəzi Asiya regionunun inkişafda etməkdə olan ölkələrinin ali məktəblərini əhatə edən reytinqdə ötən illə müqayisədə geriləyib.

Məsə ilə bağlı Sputnik Azərbaycan-a danışan BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın sözlərinə görə, bu il qiymətləndirmə ilə bağlı yeni indikatorlar daxil olunub və ona görə də reytinq yeni indikatorlar əsasında hazırlanıb: "Yəni əgər reytinq əvvəlki göstəricilər əsasında hazırlansaydı, BDU-nun göstəriciləri hətta artardı. Lakin reytinq hazırlanarkən kriteriyaların dəyişməsi bütün Azərbaycan universitetlərinin reytinqdə yerdəyişməsinə səbəb olub".

"Bu geriləmə bütün Azərbaycan universitetlərində müşahidə olunub və bu, yeni indikatorların daxil olunması ilə bağlıdır. Lakin BDU Azərbaycan universitetləri arasında öz liderliyini qorumaqda davam edir" - İbrahimova bildirib.

Onun sözlərinə görə, bundan sonra universitetdə yeni kriteriyalara cavab verən şərtlərə təkrar baxılacaq.

Qeyd edək ki, reytinq tərtib olunan zaman bu nüanslar nəzərə alınıb: Elmi reputasiya; işə götürənlər arasında reputasiya; professor–müəllim heyətinin tələbələrə nisbəti; internet resursların effektivliyi; müəllimlər tərəfindən dərc olunan məqalələrin sayı; dərc olunan məqalələrdən elmi sitatlar; elmi dərəcəsi olan alimlərin sayı internetdə mövcudluq; xarici professor-müəllim heyətinin say nisbəti; xarici tələbələrin sayı.

Maraqlıdır ki, reytinqdə Ermənistanın cəmi 3, Gürcüstanın isə 2 universiteti yer alıb.

Reytinqdə ilk pillədə Lomonosov adına Moskva Dövlət Universiteti qərarlaşıb. İkinci pillədə Rusiyanın Novosibirsk Dövlət Universitetidir. Üçüncü yeri isə iki universitet – Çexiyanın "Charles" Universiteti və Sankt-Peterburq Dövlət Universiteti bölüşür.

Avropa və Mərkəzi Asiya regionunun inkişafda etməkdə olan ölkələrinin ali məktəblərini əhatə edən reytinqə iki Türkiyə Universiteti – Yaxın Şərq Texniki Universiteti və Boğaziçi Universiteti də daxil olub.

Bu arada, ABŞ-ın "U.S. News and World Report" dərgisi təhsil səviyyəsinə görə dünyanın ən yaxşı 1250 universitetinin siyahısını yayımlayıb. Siyahıya Azərbaycan ali məktəblərindən heç birinin adı daxil edilməyib. Reytinqə qonşu ölkələrdən – Gürcüstandan bir universitetin (Tbilisi Dövlət Universiteti) adı daxil edilib.

15379
Teqlər:
BDU, reytinq, Mərkəzi Asiya, Şərqi Avropa, Bakı Dövlət Universiteti, universitet, Azərbaycan
Əlaqədar
Bakı İslam Universiteti ilə bağlı müəmma dolaşır
Səfir: Rusiya universitetləri azərbaycanlı tələbələr üçün yeni imkanlar açmağa hazırdır
Mehriban Əliyeva məşhur universitetə təbrik məktubu ünvanladı
Universitetlərimizin regional səviyyədə reytinqləri məlum oldu
Azərbaycan Turizm və Menecment Universitetinin inkişaf istiqamətləri müəyyənləşib
Mars haqda NASA-nın illüstrasiyası

NASA rəhbəri Marsda həyat tapmaq üçün Aydan istifadəni təklif edir

21
(Yenilənib 02:48 18.10.2020)
2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub

BAKI, 18 oktyabr - Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı Milli İdarəsinin (NASA) başçısı Cim Braydenstayn Mars cəmiyyətinin videokonfransı zamanı Mars planetində həyat izlərinin tapılması şanslarını dəyərləndirib.

Braydenstayn qeyd edib ki, Marsda həyat olmasına dair izlər hələ tapılmayıb, amma bunun ehtimalı artmaqdadır. “Nə qədər çox axtardıqca əmin oluruq ki, həyat üçün vacib olan elementlər qədimlərdə Marsda olub və elə indi də var”, - NASA rəhbəri deyib.

O, həmçinin əmindir ki, “Perseverance” (“Təkid”) aparatında quraşdırılmış cihazlar Mars haqda daha çox məlumat toplamağa imkan verəcək. Məsələn, qrunt nümunələri toplamaq, yaxud pilotlu ekspedisiyaya hazırlaşmaq kimi. Braydenstaynın fikrincə, bunun üçün ən qısa yol – Aydan istifadə etməkdir. O dəqiqləşdirib ki, Yerin təbii peykində sonralar Marsda istifadə edilməsi mümkün olan texnologiyaları sınaqdan çıxarmaq, təkmilləşdirmək olar.

“Ayın üstünlüyü ondadır ki, oradan 3 gün ərzində qayıda bilərsən. Nəsə pis bir şey olsa, evimizə qayıda bilərik”, - o deyib.

2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub. Razılaşmadakı yeni on prinsipə görə, gələcək Ay bazaları ətrafında “təhlükəsiz zona” anlayışı əlavə olunub. Bundan başqa, NASA əldə edilən elmi məlumatların açıq mübadiləsini, eləcə də kosmik aparatların Ayda qeydiyyatını təklif edir.

21
Əlaqədar
Biz Aya salavat çevirəndə baxırıq, onlar təbii peykdə davranış qaydaları hazırlayırlar
Ay səthindəki radiasiya ölçüldü
Ulduzlara yaxın: Yerin müxtəlif yerlərindən gecə səmasının inanılmaz görüntüləri
Venera planetində həyat var?!

Tətil günlərində onlayn dərslər keçirilməyəcək - Nazir

79
(Yenilənib 12:01 16.10.2020)
Təhsil naziri Emin Əmrullayev deyib ki, oktyabrın sonunda ictimaiyyətə təhsilin hansı formada bərpası ilə bağlı açıqlama veriləcək.

BAKI, 16 oktyabr — Sputnik. "Oktyabrın 19-dan noyabrın 2-dək tətil elan olunur. Bu o deməkdir ki, bu və ya digər formada tədris aparılmır. Həmin müddədə onlayn dərslər də olmayacaq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün Operativ Qərərgahın keçirdiyi brifinqdə bildirib. Nazir qeyd edib ki, noyabrda nəzərdə tutulan payız tətilinin 1 həftə uzadılması ilə yerdəyişmə edilib:

"Biz cəbhəyanı ərazilərdə cəbhədə baş verənlərlə bağlı təhsili dayandırmışıq. Bu rayonlarda 340 min şagirdimiz var. Eyni zamanda Bakı və Abşeron əhalinin sxı yerləşdiyi yerdir. Məktəbə gələn şagird və müəllimlər nəqliyyatdan istifadə edir. O səbəbdən onların hərəkəti yoluxmanı artıra bilər. Bu qeyrimüəyyənlik şəraitində vahid şəkildə gözləmək vacibdir. Biz tətil müddətindən istifadə edərək, internet problemini də həll etməyə çalışacağıq. Artıq aidiyyatı qurumlarla bununla bağlı danışıqlara başlanılıb".

Böyük inamımız var ki, ordumuz tərəfindən qələbə qazanıldıqdan sorna hər şeyi normallaşdırmaq mümkün olacaq. Oktyabrın sonunda ictimaiyyətə təhsilin hansı formada bərpası ilə bağlı açıqlama veriləcək", - deyə təhsil naziri əlavə edib.

79
Əlaqədar
Azərbaycan məktəblərində tətil elan edildi - Rəsmi
Nazirlər Kabineti məktəb və bağçaların taleyi barədə qərarını açıqladı
Nazir məktəblərdə tədrisin dayandırılmasının səbəbini açıqladı
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

0
Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq onlardan hansını nəzərdə tutduğunu dəqiqləşdirməyib.

BAKI, 20 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu prezidentliyə namizəd Cozef Baydenin fəaliyyətini araşdırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə yaxın jurnalistlər bildirib.

“FTB onu araşdırmalıdır. FTB direktoru Kristofer Reyə zəng edib, ondan soruşmalısınız. İlk baxışdan bu qədər çox günahkar olmaq mümkün deyil”, - deyə Amerika lideri deyib.

Qeyd edilir ki, Tramp Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq prezidentin onlardan hansını nəzərdə tutduğu dəqiqləşdirilməyib.

0