Auditoriyada tələbələr

Tələbələr vahid geyim forması ilə təmin olunacaqlar

398
(Yenilənib 14:45 31.10.2018)
İnstitut üçün kampusun yaradılması və tələbələrin bütün ehtiyaclarının tam qarşılanması nəzərdə tutulur

BAKI, 31 oktyabr - Sputnik. Sputnik Azərbaycan Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun müsahibəsini təqdim edir:

– Ceyhun müəllim, bu vəzifəyə təyin olunana qədər müxtəlif qurumlarda, o cümlədən Prezident Administrasiyasında çalışmısınız. Rektor təyin olunanda hansı hissləri keçirdiniz?

–  Tələbəlik illərindən özümü həmişə təhsildə, müəllim kimi görürdüm.  Azərbaycana  qayıtdıqdan sonra, bir müddət “İrşad” İslam Araşdırmaları Mərkəzində çalışdım.  2001-ci ildən 2013-cü ilə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işlədim. Əmək fəaliyyətimlə yanaşı,  həm də təhsilimi davam etdirirdim – “Xəzər” Universitetində magistratura səviyyəsi üzrə oxuyurdum. Az sonra Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda elmi iş müdafiə etdim. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ayrıldıqdan sonra, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işlədim. Bir müddət sonra isə Kamal Abdulla müəllimin dəvəti ilə Azərbaycan Respublikası  Prezidenti Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində, yəni yenidən dövlət qulluğunda fəaliyyətimi davam etdirdim. Üç ildən artıq müddətdə Kamal müəllimlə bir yerdə fəaliyyət göstərdik.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov
© Aİİ Mətbuat xidməti
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov

Sonra iş elə gətirdi ki, tədbirlərin birində Mübariz müəllimlə görüşdüm (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı nəzərdə tutulur – red.). Bu həmin vaxt idi ki,  cənab Prezident İlahiyyat İnstitutunun yaradılması haqqında artıq Sərəncam imzalamışdı. Mübariz müəllim məndən tərcümeyi-halımı istədi. Bir müddət sonra isə mənim həmin təhsil müəssisəsinə rəhbər təyin olunmağım barədə namizədliyimi irəli sürmək  niyyətində olduğunu dedi. Söhbət əsnasında bu təklifə necə yanaşdığımı və münasibət bildirməyimi öyrənmək istədi. Müəyyən fikir mübadiləsindən  bir müddət keçmiş mənə məlumat verdi ki,  rektorluq üçün sənədlər Prezident Administrasiyasına göndərilib və  namizədlər arasında  mənim də adım var. Müəyyən müddət sonra rəhbərlik məni qəbul etdi və cənab Prezidentin  Sərəncamı ilə  rektor təyin olundum.

– İlahiyyat İnstitutunda nə qədər tələbə təhsil alır?

– Hazırda institutda 103 tələbə təhsil alır.  Bu il təhsil müəssisəsinə 65 tələbə qəbul olunub. Eyni zamanda, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsindən müəyyən sayda tələbələr də gəlib. İnstitutda iki ixtisas var – Dinşünaslıq və İslamşünaslıq. Dinşünaslıq ixtisasına 25, İslamşünaslığa isə 35 yer ayrılıb. Builki qəbulda yerlərin tam dolması da məmnunluq yaratdı.

– Tələbələrlə münasibəti necə qurursunuz? Yəni şablon rektor-tələbə münasibəti, yaxud bir qədər yaxın?

– Bir məsələni xüsusi vurğulamaq istərdim. İnstitutda sistemi elə qurmuşuq ki, bütün rəhbər heyət dərs deyir; məsələn: bilavasitə tələbələrlə ünsiyyətdə olur, multikulturalizm fənnini tədris edirəm. Eyni zamanda, iki prorektorumuz dərs deyir. Tələbələrə öz övladlarımız kimi yanaşırıq. Qapım onların  üzünə həmişə açıqdır. Gün ərzində bir neçə dəfə auditoriyaları gəzir, tələbələrlə ünsiyyətdə oluram. Bizim elə tələbələrimiz var ki, onlar qayğıya daha çox ehtiyac duyurlar. Onları daim nəzarətdə saxlamağa çalışırıq. İnstitutda  elə mühit  formalaşıb ki, tələbələr arzu etdikləri vaxt rəhbərliyə, rektorun özünə bilavasitə müraciət edə bilsinlər. İdarəçiliyi düzgün qurmaq, təhsilə töhfə vermək üçün tələbələrlə daim ünsiyyətdə olmağı, onların dərdlərini dinləyib, kömək etməyi başlıca meyar kimi formalaşdırmışıq. 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov
© Aİİ Mətbuat xidməti
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov

– İlahiyyat İnstitutuna keçid balını Dövlət İmtahan Mərkəzi 150 bala endirdi. Bunun abituriyentlərin və valideynlərin istəyi ilə həyata keçirildiyi bildirildi. Sizcə, bu keçid balı normal mütəxəssislərin hazırlanması üçün aşağı deyil?

– Bizə bu sualı tez-tez verirlər. Bir məsələni unutmayaq ki, Azərbaycan İlahiyyat İnstitutu yeni yaradılıb. İnstitutun tam formalaşması, əhali tərəfindən qəbul olunması üçün zamana ehtiyacımız var. Təsəvvür edin, Sərəncam fevral ayında imzalandı, mən 31 mayda rektor təyin olunum. Qısa zaman kəsiyində  qarşımızda bir çox işlərin görülməsi dururdu, hətta ehtimal var idi  ki,  kifayət qədər tələbə yığa bilməyək. İlk gündən bütün gücümüzü səfərbər edib tələbə toplamağa çalışdıq. Doğrudur, 150 aşağı baldır. Bizim tələbələrin böyük əksəriyyəti 250-300, hətta 350 bal toplayıblar. İnstitutumuza bu il qəbul olunan tələbələrin orta balı 177 civarındadır. Sizə mühüm  bir amili də demək istəyirəm ki, tələbələrin dərsə münasibəti, təfəkkürü, düşüncəsi bizi qane edir; əsas odur, onların marağı, həvəsi var. Bu gün biz tələbələrlə işimizi maksimum  səmərəli qurmağa çalışırıq.

Daha vacib bir məsələni nəzərə çatdırım; İslamşünaslıq fakültəsi üzrə bizdə  35 yer nəzərdə tutulub, 35 yerə 100 abituriyent müraciət etmişdi. Biz həmin 35 nəfəri seçib instituta daxil olması üçün aidiyyatı prosedurları həyata keçirdik. Bu gün  birinci kurs tələbələri bizdə nikbin  fikir yaradır.  İşimizi düzgün qursaq, bu tələbələrin Azərbaycan dinşünaslığına, islamşünaslığa lazımi töhfə verəcəyini düşünürəm.

– İnstitutda təhsil alan tələbələrin daha yüksək biliyə yiyələnmələri üçün hansı işlər görülür?

– Biz təhsil prosesini iki hissəyə bölmüşük ki, birincisi tədris prosesidir. Bundan başqa, institutda əlavə kurslar yaratmışıq. Bu kurslar, tamamilə, ödənişsizdir. Kurslarda ərəb və ingilis dilləri  öyrədilir. Yaxınlarda rus dili kursunun açılacağını planlaşdırırıq.

Azərbaycan İlahiyyat İnstitutunda davamlı olaraq müxtəlif seminarlar, görüşlər, tədbirlər keçirilir.  Seminarlar müxtəlif elmi mövzularda olur. Görüşlərdə  Azərbaycan yazıçıları, ziyalılar tələbələrlə səmimi ünsiyyət qurur, qarşılıqlı fikir mübadiləsi aparılır.

Önəmli olan cəhətlərdən biri də budur ki, Azərbaycanda fəaliyyət göstərən  səfirlərlə tələbələri  görüşdürürük. Tələbələrin hazırlanması üçün vacib olan  bütün işləri həyata keçiririk. Eyni zamanda, tələbələrin milli-mənəvi dəyərlərə sadiq, sağlam ruhda böyümələri üçün lazımlı  tədbirləri görürük. Qarşıdakı ayda  tələbələri  Cocuq  Mərcanlı kəndinə aparmağı planlaşdırırıq. Bundan başqa, tələbələrimizi Azərbaycanın dini abidələri çox olan rayonlara, Bakıda fəaliyyət göstərən muzeylərə, sərgilərə aparmağı da nəzərdə tutmuşuq. 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov
© Aİİ Mətbuat xidməti
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov

Tədbirlər planımıza  müsabiqələrin, bilik yarışlarının keçirilməsi də daxildir.  Hesab edirik ki, tədris prosesi ilə bərabər, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün institut lazım olan  bütün məsələləri reallaşdırmalıdır.

İnstitutun elmi jurnalını çap etmək niyyətindəyik. Bu jurnalın ildə iki dəfə nəşr olunması nəzərdə tutulur.

– Tələbələrin yataqxana problemini necə həll etməyi planlaşdırırsınız?

– Hazırda institutda təhsil ödənişsizdir və tələbələrə təqaüd verilir. Bundan əlavə, tələbələrə dərs vəsaiti pulsuz paylanılıb. Onlara yeməyin pulsuz  verilməsinə çalışırıq; o cümlədən gələcəkdə geyimin də ödənişsiz paylanmasını planlaşdırırıq.

Tələbələrin yataqxana ilə təmin olunması gündəmdə dayanan məsələlərdən biridir.  Hazırda bu istiqamətdə işlər aparılır. Biz,  ilk növbədə, maddi vəziyyəti, sosial təminatı qənaətbəxş olmayan tələbələrin  yataqxana  ilə təmin edilməsi barədə intensiv iş görürük. Hesab edirəm ki, yaxın müddətdə bu işlər öz həllini tapacaq. İnstitut müvəqqəti olaraq bu binada yerləşir. Gələn ildən  başqa binada fəaliyyətimizi davam etdirməyi planlaşdırırq. İnstitut üçün kampusun yaradılması və tələbələrin bütün ehtiyaclarının tam qarşılanması nəzərdə tutulur.

– Tələbələr üçün vahid geyim forması olacaq?

– Müsəlman və digər ölkələrdə dini təhsilin təcrübəsi var. Adətən, dini təhsil müəssisələrinin bir çoxunda bu sahəyə kompleks yanaşma var – tələbə həm yataqxana,  həm  də geyimlə təmin olunur. Xaricdə təhsil almaq istəyən tələbələrin bütün ehtiyacı həmin dövlət tərəfindən ödənilir. Əgər həmin ehtiyaclar ödənilməsə,  arzuolunan nəticə əldə edilə bilməz. Vahid geyim  dedikdə, digər müsəlman ölkələrində olduğu kimi, tələbələrin xüsusi geyim forması  nəzərdə tutulur.

Bildiyiniz kimi, bir çox ölkədə din xadimlərinin xüsusi geyimi var. Bu səbəbdən, tələbələrdə bu vərdişin yaranması üçün belə tədbirin həyata keçirilməsi planlaşdırılır.

398
Teqlər:
Ceyhun Məmmədov, rektor, tələbə, Azərbaycan İlahiyyat İnstitutu
Əlaqədar
"İlahiyyat" məscidinin təmsilçisi: "İnsanlığını nə qədər itirəsən ki, Allah evini sökəsən"
İlahiyyat İnstitutuna qəbul olunmuş abituriyentlərin nəzərinə
Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin ilkin nəticələri açıqlanıb
Teledərs, arxiv mşəkli

Müharibə bitib, problem isə həll olunmayıb - heç pulsuz paket köməyə çatmır

10
(Yenilənib 18:51 16.01.2021)
Cəbhəyanı zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda koronavirus pandemiyasına görə ötən ilin mart ayından etibarən ənənəvi təhsil onlayn təhsillə əvəzlənsə də, sentyabr ayında Ermənistan-Azərbaycan arasında başlayan müharibə səbəbindən cəbhəboyu zonalarda məsafədən təhsildə ciddi problemlər yaranıb. Həmin dövrdə cəbhə bölgəsində 1200-dən çox məktəb fəaliyyətini dayandırmışdı. Müəllim və şagirdlər müxtəlif yerlərə yerləşdirildiyindən onlayn təhsilə qoşulmaq imkanını da itirmişdilər. Sputnik Azərbaycan müharibə dövründə cəbhə zonası hesab olunan ərazilərdə şagirdlərin təhsil imkanlarının bərpa edilib-edilmədiyini araşdırıb.

© AR Ministry of Education

Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbə sakini Şahəddin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müharibə dövründə qəsəbə artilleriya atəşinə tutulduğundan sakinlər ətraf rayon və qəsəbələrə köçmək məcburiyyətində qalıblar. Həmin dövrdə onların övladları tamamilə təhsildən kənar qalıblar. Çünki yerləşdirildikləri ərazilərdə bütün müəllim və şagirdlərin internetə çıxışı mümkün olmayıb. Ş.Hüseynov bu günlərdə övladlarının onlayn dərslərə qoşula bildiyini söyləyir. Onun sözlərinə görə, bu isə bütün şagirdləri əhatə etmir. Evləri dağıdılan sakinlər hələ də müxtəlif ərazilərdə yaşadığından onların övladları onlayn dərslərə qoşula bilmirlər.

Problemin qaldığını müharibə dövründə cəbhəyanı ərazi hesab olunan rayonların təhsil şöbəsindən də təsdiqləyirlər. Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər gün distant təhsilə qoşulan şagirdlərin siyahısı hazırlanır. O bildirir ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir.

Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini Nadir İsrafilov da problemin olduğunu təsdiqləyir. O bildirir ki, koronavirus pandemiyası Azərbaycanda ənənəvi təhsilin dayandırılmasına əsas səbəbdir. Amma sentyabr ayında müharibənin başlanması cəbhəboyu ərazilərdə təhlükəsizlik baxımından şagirdlərin onlayn təhsildən də kənarda qalmasına səbəb olub: "Düzdür, bəzi ərazilərdə insanlar evlərinə qayıdıblar, həyat öz axarına düşüb. Şagirdlərlə müəllimlər arasında onlayn əlaqəni qurmaq mümkün olub. Amma müharibə zamanı dinc sakinlərin hədəfə alınması cəbhəyanı zonalarda evlərin və infrastrukturun dağılmasına səbəb oldu. Dağılan evlər bərpa olunmayana qədər o insanların evlərinə qayıtması mümkün deyil. Bu səbəbdən də cəbhə zonasında hələ də onlayn təhsildən kənarda qalan şagirdlər var. Bu zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır. Amma bizim üçün əsas olan insanların təhlükəsizliyi və sağlamlığıdır. Azərbaycanın qazandığı qələbə sayəsində biz bu problemlərin də öhdəsindən gələcəyik".

N.İsrafilov işğaldan azad edilmiş ərazilərimizdə də təhsilin təşkili üçün Təhsil Nazirliyinə təkliflər verildiyini bildirib.

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, cəbhəyanı bölgələrdə yaşayan şagirdlərin distant dərslərdə iştirakı tədricən genişlənir: "Bununla yanaşı, həmin şagirdlərin artıq rahat şəkildə teledərslərdən yararlanmaq imkanı da var".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirdilər ki, müharibə dövründə telefon rabitəsinə zərər dəyən ərazilərdə bərpa işləri, demək olar ki, başa çatdırılıb. Telefon xətti olmayan ərazilərə isə telefon xətlərinin çəkilməsi işi mütəmadi olaraq davam etdirilir. 

10
Teqlər:
dərs, onlayn, internet, cəbhəyanı bölgələr, təhsil

Azərbaycanda məktəblər açılacaq

144
(Yenilənib 12:09 16.01.2021)
Nazirlər Kabibeti yanında Operativ Qərargah ölkə ərazisində xüsusi karantin rejimini aprelin 1-dək uzatsa da, yanvarın 18-dən mərhələli şəkildə müəyyən yumşalmalar olacaq

BAKI, 16 yanvar — Sputnik. Məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabibeti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümov deyib ki, detallar barədə növbəti həftə ərzində Təhsil Nazirliyi tərədindən brifinq keçiriləcək: "Bu barədə detalları Təhsil Nazirliyi özü açıqlayacaq. Məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq".

144
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

0
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

0
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan