Эльмир Велизаде, заместитель министра связи и высоких технологий Азербайджана

Nazir müavini Azərbaycanın kosmosdakı uğurlarından danışdı

30
(Yenilənib 16:52 25.10.2018)
Nazir müavini diqqətə çatdırıb ki, hazırda Azərbaycanın orbittə 3 peyki var

BAKI, 25 oktyabr — Sputnik. VI Bakı Beynəlxalq Humanitar Formunun 2-ci Plenar sessiyası öz işinə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, paneldə "İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi" mövzusunda müzakirələr aparılıb.

Paneldə çıxış edən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib. O, çıxışında qeyd edib ki, Azərbaycan artıq kosmosu fəth edən dövlətə çevrilib. Nazir müavini diqqətə çatdırıb ki, hazırda Azərbaycanın orbitdə 3 peyki var.

Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədovun, Rusiya Federasiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun prezidentinin çıxışları dinlənilib.

Panel mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

30
Əlaqədar
Azərbaycanın növbəti peyki Kuru kosmodromundan orbitə buraxılıb - VİDEO
Azərbaycanın peykləri: orbitə çıxırıq
Rusiya kosmosa hərbi peyk buraxdı
Peyk görüntüsü yayıldı: Rus donanması amerikalıların hücumuna hazırlaşır
Azərbaycanın ikinci peykinin perspektivləri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə

DİM sədri Azərbaycan dili ilə bağlı məsələyə aydınlıq gətirdi

15
(Yenilənib 15:18 25.11.2020)
M.Abbaszadə əlavə edib ki, DİM tərəfindən Azərbaycan dili imtahanı hazırda qeyri-Azərbaycan dili üzrə təhsil alan məzunlar üçün ayrıca olaraq keçirilir.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi və bunun üçün onlayn tədris və imtahan platformasının yaradılması ölkəmizin ali məktəblərində oxuyan əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq, əcnəbilərin Azərbaycan dilinin öyrərməsi imkanını artıracaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.

Onun sözlərinə görə, DİM ilə Yunus Əmrə İnstitutu arasındakı əməkdaşlıq Türkçə Yetərlik İmtahanının (TYS) imtahanının DİM tərəfindən keçirilməsini, imtahanın Azərbaycan ictimaiyyətində tanıdılmasını, eyni zamanda Azərbaycan Dilinin Xarici Dil İmtahanı kimi ərsəyə gətirilməsi məqsədilə qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

M.Abbaszadə əlavə edib ki, DİM tərəfindən Azərbaycan dili imtahanı hazırda qeyri-Azərbaycan dili üzrə təhsil alan məzunlar üçün ayrıca olaraq keçirilir.

DİM-in bu sahədə bir neçə illik təcrübəsinin olduğunu xatırladan M.Abbaszadə qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli 346 nömrəli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən Nazirlər Kabinetinin "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması"nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn fəaliyyətin həyata keçirilməsində DİM icraçı qurumlardan biri olaraq göstərilib.

15
Teqlər:
Məleykə Abbazsadə, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası, DİM
Buludlar arasında ay, arxiv şəkli

Dünyanın başına yeni Ay dolanır

38
(Yenilənib 23:34 24.11.2020)
Yer kürəsində tez-tez belə miniatür "Aylar" olur. Ancaq, bir qayda olaraq, onlar doqquz aydan çox olmamaq şərtilə planetin ətrafında fırlanaraq, Günəş sistemi ilə "səyahətə" çıxır

BAKI, 24 noyabr — Sputnik. Dünyanın ətrafına üç ildir ki, dövr edən miniatür peyk aşkar edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər bu obyekti planetimizin yaxınlığında olarkən aşkar edə biliblər.

Göydəki zəif bir nöqtəni 2020-ci ilin fevralında Arizonadakı "Catalina Sky Survey"dən olan astronomlar görə biliblər. Onlar obyekti "2020 CD3" adlandırıblar. Peykin təbiətini müəyyən etmək dərhal mümkün olmayıb. Əvvəlcə alimlər onun bir qaya parçası, bir peyk və ya raket parçası ola biləcəyini düşünüblər.

Daha sonra kiçik peyk yaxından araşdırılıb, onun təbii mənşəli olduğu qənaətinə gəliblər. Diametri yalnız 1,2 metr olan peyk Günəş sisteminin asteroid qurşağındakı əksər obyektlər kimi silikatlardan ibarətdir.

Tədqiqatçılar onun trayektoriyasını müşahidə edərək, müəyyən ediblər ki, peyk Yerin orbitində 2,7 il əvvəl görünüb. Yer kürəsində tez-tez belə miniatür "Aylar" olur. Ancaq, bir qayda olaraq, onlar doqquz aydan çox olmamaq şərtilə planetin ətrafında fırlanaraq, Günəş sistemi ilə "səyahətə" çıxır. "2020 CD3" həqiqi Aya çox yaxın uçub və bu onu daha sabit bir orbitə çıxarıb.

2020-ci ilin martında peyk Yer kürəsinin yaxınlığını tərk edib. Ancaq elm adamlarının dediyi kimi, Çilidə Vera Rubin Rəsədxanası işə düşdükdən sonra çox sayda belə miniatür obyekt tapa biləcəklər. Ən yaxşı halda, komanda iki-üç ayda bir yeni "mini Ay" kəşf edəcək. Bu tip asteroidlər haqqında çox az şey bilinir və onların Yerin orbitinə yaxınlaşması müşahidə üçün misilsiz imkanlar yaradır.

38
Teqlər:
kosmos, Yer, peyk, Ay
Bakıda velosipedçilər, arxiv şəkli

Velosiped yolları ilə bağlı konsepsiya hazırlanıb

0
O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində alternativ nəqliyyat növləri sayılan velosiped yollarının və tramvay xətlərinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, velosiped yolları ilə bağlı böyük bir konsepsiya hazırlanıb ki, bu da avtobus zolaqları ilə yanaşı, Bakı şəhərinin baş planına inteqrasiya edilib.

"Yaxın zamanlarda Bakı şəhərinin mərkəzində biz velosiped zolaqları ilə bağlı konkret əməli işlərin şahidi ola biləcəyik", - deyə T.Səfərov qeyd edib.

O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

0
Teqlər:
Bakı şəhəri, velosiped, BNA