ELM

Yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanları keçiriləcək

© Sputnik / Rahim MuradovLənkəranda I və IV ixtisas qrupları üzər qəbul imtahanı
Lənkəranda I və IV ixtisas qrupları üzər qəbul imtahanı - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq

BAKI, 16 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə sınaq imtahanı keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

Xanlar Xanlarzadə - Sputnik Azərbaycan
Qəbul və buraxılış imtahanlarında nələr dəyişilib – Rəsmi açıqlama

Bildirilib ki, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq.

Sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə olacaq. I qrup- riyaziyyat,fizika, kimya, II qrup riyaziyyat, coğrafiya, tarix, III qrup- Azərbaycan (rus) dili, tarix, ədəbiyyat, IV qrup biologiya, kimya, fizika imtahanı verəcək.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanın müddəti 3 saatdır. Tapşırıqların cavabları "cavab vərəqi"ində nəzərdə tutulan müvafiq yerlərdə qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları şagirdlərdən təhvil alınır.

Sınaq imtahanına qeydiyyat 16 oktyabr saat 10:00-dan 22 oktyabr saat 09:00-dək aparılacaq. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Lənkəranda I və IV ixtisas qrupları üzər qəbul imtahanı - Sputnik Azərbaycan
CƏMİYYƏT
İmtahanlarla bağlı daha bir yenilik: Xüsusi cihazlar quraşdırılacaq

Sınaq imtahanlarında qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində "Şəxsi kabinet" yaradılmalıdır. "Şəxsi kabinet"in "Hesab" bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə "Şəxsi kabinet"in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub "İmtahana buradan yazılın" düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan vaxtı, yeri seçilir. Daha sonra şəxsiyyəti təsdiq edən sənədin məlumatları, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və "Qeydə al" düyməsi basılır. Bundan sonra "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərsiniz.

Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

Xəbər lenti
0