Toyota i-Road

Bu avtomobil tıxacın qənimi olacaq

233
(Yenilənib 23:56 15.09.2018)
Avtomobilin təkərləri istənilən yola uyğunlaşaraq əyilib hərəkət edə bilir

BAKI, 15 sentyabr — Sputnik. Üç təkərli elektrik avtomobili tıxac üçün həll yolu hesab edilir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3 təkərli İ-ROAD elektrikli avtomobili manevr qabiliyyəti və kiçik dizaynı ilə eyni zamanda ətraf mühit üçün əhəmiyyətlidir.

Avtomobil şəhəri içi yollar üçün nəzərdə tutulub. Motosiklet ölçüsündə olan bu avtomobildə eyni zamanda iki nəfər rahat səyahət edə bilər.

Avtomobilin xüsusi fərqi, əyilə bilən texnologiyasının olmasıdır. Avtomobilin təkərləri istənilən yola uyğunlaşaraq əyilib hərəkət edə bilir.

Avtomobil birdəfəyə 50 kilometrə qədər hərəkət edir və enerjini evdə adi elektrik mənbəyindən də yığa bilir.

233
Teqlər:
İ-ROAD, elektrik avtomobili, tıxac