İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan məktəb binası

Lahıcda yeni məktəb binası istifadəyə verildi

128
(Yenilənib 17:47 26.08.2018)
İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan məktəb binası istifadəyə verilib

BAKI, 26 avqust — Sputnik. Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında iştirak ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı və birinci xanım məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.

Lahıc qəsəbəsi ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Tarixi erkən orta əsrlərə gedib çıxan bu qəsəbə nadir arxitekturası ilə diqqəti cəlb edir. Bu gün Lahıc Tarix-Mədəniyyət Qoruğunda 90-dan çox tarixi abidə, o cümlədən 5 məscid, 3 hamam, 60-dan artıq yaşayış evi, həmçinin körpü və su dəyirmanı, qəbirüstü daşlar, bir neçə sənətkarlıq emalatxanası və ictimai bulaqlar qorunur. Lahıcda 100-dən çox sənət növü və peşələr yaşadılır və inkişaf etdirilir. Bütün bunlar da turistlərin diqqətini çəkir. Bu ilin 8 ayında qəsəbəyə 45 min turist gəlib. Son illərdə qəsəbənin inkişafı ilə bağlı bir sıra tədbirlər görülüb, sosial layihələr icra olunub. Bu layihələrdən biri də 400 şagird yerlik Lahıc qəsəbə tam orta məktəb binasının inşasıdır. Məktəbdə yaradılan şərait göstərir ki, dövlətimizin başçısının təhsilə göstərdiyi diqqət nəticəsində bu sahə tamamilə yeni və keyfiyyətli mərhələyə qədəm qoyub. Son illərdə müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulub. Təqdirəlayiq haldır ki, bu proses bölgələri də əhatə edib.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında
© Official website of President of Azerbaijan Republic
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında. 26 avqust 2018-ci il

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, Lahıc qəsəbə tam orta məktəbi üçün bina 1928-ci ildə inşa edilmişdi. Məktəb 130 şagird üçün nəzərdə tutulmasına baxmayaraq, burada 232 şagird təhsil alırdı. Binanın mövcud vəziyyəti müasir dövrün tələblərinə uyğun deyildi, eyni zamanda, qəsəbə əhalisinin sayının artması və ətraf kənlərdə tam orta məktəbin olmaması bu təhsil müəssisəsində şagird sıxlığı yaratmışdı. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncama əsasən, Lahıcda 400 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə vəsait ayrıldı. Üçmərtəbəli binada tikinti işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Müxtəlif fənn kabinetləri və laboratoriyalarının yaradıldığı məktəbdə bütün sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Burada idman zalı və 175 yerlik akt zalı da yaradılıb. Videomüşahidə sisteminin quraşdırıldığı məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.

Yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.

128
Onlayn təhsil, arxiv şəkli

"Dərs vaxtı"nın mayın 26-na olan cədvəli açıqlandı

8
(Yenilənib 16:28 25.05.2020)
"Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının mayın 26-na olan cədvəli açıqlanıb

BAKI, 25 may — Sputnik. Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının mayın 26-na olan cədvəli açıqlanıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Fiziki tərbiyə; 10:10-da VIII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 10:55-də VII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 11:40-da IV sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:15-də III sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:55-də II sinif - Riyaziyyat, Təsviri incəsənət; 13:20-də I sinif şagirdlərinə Azərbaycan dili, Təsviri incəsənət; 13:50-də Məktəbdənkənar fəaliyyət olacaq. Rus bölməsi üçün 14:05-də - Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:35-də VIII sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:10-da IX sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:50-də X sinif şagirdlərinə Kimya, Riyaziyyat, Coğrafiya dərsləri olacaq.

8
Əlaqədar
Azərbaycan məktəblərində şagirdlərə gələcəyi görməyi öyrədəcəklər: bu, mistika deyil
Baş Nazir təhsillə bağlı yeni qərar imzaladı
Real olmasa da, məktəb: Şagirdlər hər gün dərsə necə "gedirlər"
Təhsil nazirindən təhsil haqqı ilə bağlı açıqlama
Ceyhun Bayramov

Təhsil nazirindən təhsil haqqı ilə bağlı açıqlama

16
(Yenilənib 12:24 23.05.2020)
Bir çox hallarda onlar üçün məsafədən məzmunun təqdim edilməsi ənənəvi formada təqdim edilmədən daha çətin olur

BAKI, 23 may — Sputnik. Təhsil naziri Ceyhun Bayramov bəzi universitetlər tərəfindən tələbələrdən təhsil haqqının tələb edilməsinə münasibət bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, nazirin sözlərinə görə, pandemiya dövründə tələbələrin məsafədən bilik əldə etməsi üçün bütün işlər ali təhsil müəssisəsinin işçiləri tərəfindən görülüb. Məktəblər tərəfindən qısa müddətdə məzmunun çatdırılması üçün elektron xidmətlər göstərilib: "Ona görə də təhsil haqqının tələb edilməsini normal qəbul etməliyik. Bu işlərin hamısını məktəblərin professor-müəllim heyəti, orada çalışan texniki heyət təqdim edib. Bir çox hallarda onlar üçün məsafədən məzmunun təqdim edilməsi ənənəvi formada təqdim edilmədən daha çətin olur. Çünki ənənəvi formada məzmunun təqdim edilməsi onların uzun illər ərzində öyrəşdikləri ünsiyyət formatıdır. Amma onlayn formada məzmunun çatıdırılmasının özünün özəlllikləri, standartları var.

Bu halda məzmun yığcam təqdim edilməli, interaktivlik formatı olmalıdır. Bu işlər davamlı olaraq, görülüb. Əgər bu işlər görülməsəydi, 100 minlərlə tələbəmiz onlayn dərslərə cəlb edilə bilməzdi. Mən deyə bilmərəm ki, ali məktəblərdə çalışan insanların iş həcmi azalıb. Əksinə, bu iş onlar üçün daha mürəkkəb olub. Çünki onlar öyrəşdikləri formatdan daha fərqli formatda fəaliyyət göstərirlər".

16
 Xəstəxana, arxiv şəkli

Gəncədə yaralanan gənclərdən biri həyatını itirdi

0
Gəncədə avtomobilin quyuya aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub. Onlardan biri xəstəxanada keçinib

BAKI, 25 may - Sputnik. Gəncədə “VAZ 2106” markalı avtomobilin quyuya düşməsi nəticəsində yaralanan şəxslərdən biri dünyasını dəyişib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Gəncənin Atabəylər prospektində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb. Nəticədə 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğlu ağır xəsarətlər alıblar. 

Məlumata görə, Rəcəbov Fuad Kamran oğlu xəstəxanada vəfat edib.

0
Əlaqədar
Bayram günü dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü
Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı
Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi
Gəncədə maşın quyuya düşüb: yaralılar var