Dövlət İmtahan Mərkəzinin binası

Diqqət: Qeydiyyatdan keçməsəniz, xaric ediləcəksiniz

104
(Yenilənib 16:56 09.08.2018)
Tələb olunan sənədlərin siyahısını qəbul olduğunuz təhsil müəssisəsindən öyrənə bilərsiniz

BAKI, 9 avqust — Sputnik. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlər İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar 2018‑ci il avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

104
Teqlər:
orta ixtisas təhsili, ümumi orta təhsil bazası, DİM, qeydiyyat, abituriyent
Əlaqədar
İmtahanların nəticələri açıqlandı, şikayəti olanlar iki gün ərzində müraciət edə bilər
Dövlət İmtahan Mərkəzinə külli miqdarda ziyan vurulub
Ali məktəblərə imtahan verənlər üçün vacib xəbər