ELM

Dəriyə yeridilmiş mikrofon yaradıldı

© Photo : Youtube / Science MagazineDəri üzərinə yerləşdirilmiş mikrofon
Dəri üzərinə yerləşdirilmiş mikrofon - Sputnik Azərbaycan
Abunə olmaq
Nəticədə yeni alınan qeyd kifayət qədər keyfiyyətli olub

BAKI, 7 avqust — Sputnik. Koreya alimləri dəri üzərinə mikrofon və dinamik yerləşdirib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mühəndislər dəri üzərinə çəkilən və auditexnika kimi fəaliyyət göstərən kəşfi reallaşdırmaq üçün uyğun material axtarmağa başlayıb. Material sərt tələblərə uyğun gəlməli, nazik və şəffaf, dəri üçün zərərsiz, istilik və elektrik enerjisini keçirən olmalı idi. Bütün bu parametrləri nəzərə alaraq alim Sevon Kanın komandası polimer matrisinə batırılmış gümüş konturlardan istifadə etməyə başlayır.

Alimlər öz dəri mikrofonlarını yoxlamaq üçün 4 nəfər könüllüdən öz smartfonlarının səs komandasını bağlamağı xahiş edib. Səs tanınma sistemi yalnız onlardan biri üçün konfiqurasiya olunub. Eyni zamanda mikrofon söndürülüb, bunun yerinə isə müəlliflərin yaratdıqları qurğu istifadə edilib. Nəticədə yeni alınan qeyd kifayət qədər keyfiyyətli olub. Smartfon öz sahibini 98 halda müəyyən edə bilib.

Mühəndislər gələcəkdə planlarında tətbiqin keyfiyyətinin artacaqlarını düşünür və eyni zamanda istehsalı genişləndirmək üçün daha ucuz başa gələn material axtarır.

Xəbər lenti
0