İmtahan prosesi

Diqqət: İki gün sonra ölkə ərazisində böyük həyəcan yaşanacaq

4599
(Yenilənib 15:48 24.07.2018)
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq

BAKI, 24 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 26-da 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan Respublikanın 11 şəhərində — Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılacaq. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb olunacaq.

Məlumata görə, bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat"lar, imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün "barkod-skaner"lər quraşdırılmışdır.

İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Məlumat üçün bildirək ki, imtahanda 31904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14993 abituriyent II qrup üzrə, 16911 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 29370 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 13641, III qrup üzrə 15729 nəfər), 2534 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1352, III qrup üzrə 1182 nəfər) məzunudur. Abituriyentlərin 13849 nəfəri oğlanlar (II qrup üzrə 9419 nəfər, III qrup üzrə 4430 nəfər), 18055 nəfəri isə qızlardır (II qrup üzrə 5574 nəfər, III qrup üzrə 12481 nəfər). 24666 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5865 nəfər əvvəlki illərin məzunlarıdır. 98 nəfər ali təhsil müəssisələrinin, 1275 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir.

Bakı şəhərində 14262, Naxçıvanda 1615, Gəncədə 3211, Sumqayıtda 1587, Mingəçevirdə 1309, Şəkidə 1788, Bərdədə 1827, Göyçayda 1310, Şirvanda 1853, Lənkəranda 1947, Xaçmazda isə 1195 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 18-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

— şəxsiyyəti təsdiq edən sənədin əsli;

— "İmtahana buraxılış vərəqəsi";

— 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Həmin gün "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

4599
Teqlər:
ixtisas, ali təhsil müəssisələri, Dövlət İmtahan Mərkəzi, qrup, abituriyent
Əlaqədar
İmtahanların nəticəsi 2 günə açıqlanacaq
DİM imtahanda olanlar barədə xəbər yaydı
Rezidenturaya imtahan verənlər üçün önəmli xəbər
Türkiyə sınaqdan çıxdı, amma qarşıda daha böyük imtahan var
Buraxılış imtahanlarının nəticələrinin elan ediləcəyi tarix bilindi
Şuşa şəhərinin ətrafında dağılmış evlər, arxiv şəkli

Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır - deputat

23
(Yenilənib 02:17 24.11.2020)
Etibar Əliyev: "İşğaldan azad olunmuş rayonlarda modern peşə məktəblərinin açılmasına ciddi ehtiyac var. Ali məktəblərin plan yeri dolduqdan sonra yerdə qalan abituriyentlər peşə təhsilinə üz tuta bilərlər".

BAKI, 24 noyabr - Sputnik. Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Elm və təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev söyləyib. O, bildirib ki, peşə təhsilində inkişaf, oyanış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaranandan sonra başlayıb.

Deputatın sözlərinə görə, hazırda peşə təhsilli kadrlara ciddi ehtiyac var. Həmçinin ixtisaslı peşə təhsilli kadrların hazırlanması üçün peşə məktəblərində maddi-texniki bazanın, infrastrukturun genişləndirilməsi zəruridir.

Etibar Əliyevin sözlərinə görə, regionlarda infrastrukturu, maddi-texniki bazası inkişaf etmiş peşə təhsili məktəblərinin yaradılması üçün ayrıca fəaliyyət planı hazırlanmalıdır:

“Biz Vətən müharibəsində qələbə çalmışıq. İşğaldan azad olunmuş rayonlarda modern peşə məktəblərinin açılmasına ciddi ehtiyac var. Ali məktəblərin plan yeri dolduqdan sonra yerdə qalan abituriyentlər peşə təhsilinə üz tuta bilərlər”.

Deputat təəssüflə bildirib ki, peşə təhsili ilə bağlı cəmiyyətimizdə bilgi azdır.

“Cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işləri aparılmaldır. Buna çox ciddi ehtiyac var. Tikinti infrastrukturunu əhatə edən sahələr üzrə, İKT sahəsində, elektronika, kənd təsərrüfatı sahəsində texnologiyalar gətirilməlidir ki, gənclər peşə təhsilinə meyl etsinlər".

Millət vəkili əlavə edib ki, bu gün söhbət ali təhsilli kadrlara tələbatın azalmasından getmir. Burada əsas məqam texnologiya dövrünün tələbləri ilə bağlıdır.

"Müasir avadanlıqları idarə etmək bacarığına malik peşə təhsilli kadrlar hazırlanmalıdır. Düşünürəm ki, regional peşə məktəblərinin yaradılması işğaldan azad olunmuş rayonlarımızın sakinləri üçün cəlbedici ola bilər”, - deyə E. Əliyev əlavə edib.

23
Teqlər:
Milli Məclis, deputat, XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Etibar Əliyev, "Peşə təhsili haqqında" qanun layihəsi, peşə təhsili müəssisələri, peşə təhsili, peşə
Dərsliklər, arxiv şəkli

Dərsliklər dəyişiləcək: üzü də, məzmunu da

330
(Yenilənib 15:35 23.11.2020)
"11-ci sinif Azərbaycan Tarixi dərsliyinin üz qabığında 44 gündə qəhrəmanlıq göstərən igidlərimiz haqda məlumat yer alacaq. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan məşhur topçunun duruşunu özündə əks etdirən bir foto təklif olunur" - Təhsil eksperti.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ savaşı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu qələbə, demək olar ki, bir sıra sahələrdə köklü dəyişikliklərin olacağından xəbər verdi. Eyni zamanda da dərsliklərlə bağlı bir sıra dəyişikliklərin olacağı gündəmə gəldi.

Maraqlıdır, qazandığımız möhtəşəm zəfər tariximizlə əlaqədar olaraq dərsliklərdə nə kimi dəyişikliklər olacaq?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Zəfər tariximizlə əlaqədar olaraq dərsliklərdə dəyişikliklərin edilməsi vacibdir. Artıq bununla bağlı olaraq tərəfimizdən nazirliyə müvafiq tövsiyələr verilib. Ötən həftə nazirlikdə baş tutan görüşümüzdə də bu haqda danışdıq".

"10 Noyabr Azərbaycan hərb tarixində ən böyük zəfərlərdən biridir. Bu səbəbdən yeni dərsliklərin yazılmasına ehtiyac var. Bu dərsliklərdə qəhrəmanlarımızın həyatı, onların keçdikləri keşməkeşli həyat yolundan bəhs edilməldir. Təkliflərimiz nəzərə alınıb, bu təkliflərlə bağlı müvafiq dərsliklər hazırlanacaq", - deyə İ.Orucov əlavə edib.

Dərsliyin hazırlanmasının elə də asan prosedur olmadığını deyən ekspert bu işin müəyyən qədər zaman alacağını bildirir: "Ümid edirəm ki, növbəti tədris ilinin dərsliklərində bu məsələlər yer alacaq. Lakin dərsliklərin dəyişdirilməsi məsələsi növbəti tədris ilinədək çatdırılmazsa, bununla əlaqədar olaraq əlavə vəsaitlər hazırlanması gündəmdədir. Bununla bağlı müvafiq addımlar atılacaq".

"Artıq nazirlik faktların toplanması, onların təqdim olunması istiqamətində işlər görür. Toplanan bütün materiallar da faktlara əsaslanacaq", - deyə o əlavə edib.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, orta ümumtəhsil məktəbləri üçün ayrılan dərsliklərdə əsas məqsədlərdən biri də şəxsiyyət yetişdirməkdir: "Azərbaycan müstəqilliyinin ilk illərindən Ermənistanla müharibə şəraitində idi. 90-cı illərdə baş verən hadisələr tarix dərsliklərində də əksini tapmışdı. I Qarabağ müharibəsi ilə bağlı faktları oxuduqda müəyyən qədər bədbin olurdular. Lakin 44 günlük müharibə ilə Azərbaycan özünün zəfər tarixini yazdı, beləcə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Təbii ki, bu müharibədə igidlərimizin göstərdikləri qəhrəmanlıq, zəfər gənc nəslin yetişməsində, bir şəxsiyyət kimi formalaşmasında müstəsna rola malik olacaq və bir mənbə kimi istifadə olunacaq".

"Qeyd edim ki, 2021-ci ildə istifadəsi nəzərdə tutulan orta ümumtəhsil məktəblərinin, demək olar ki, hamısında dəyişiklik olacaq. Bu dəyişikliklər bir neçə formatda olacaq. Birincisi, dərsliklərin üz qabığında, yəni dizaynında dəyişikliklər olacaq. Tarix dərsliklərinin, xüsusən də 11-ci sinif Azərbaycan Tarixi dərsliyinin üz qabığında 44 gündə qəhrəmanlıq göstərən igidlərimiz haqda məlumat yer alacaq. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan məşhur topçunun (Vüsal Şahkərimov - red.) duruşunu özündə əks etdirən bir foto təklif olunur", - deyə o əlavə edib. 

Digər dəyişiklik isə məzmunla bağlı olacaq. İndiyədək biz dərsliklərdə bu torpaqların işğal tarixi haqda məlumatlara yer verirdiksə, artıq bu məzmun tamamilə dəyişəcək, yeni tarix yazılacaq: "Dərsliklərdə, gündəliklərin əvvəlində işğal edilmiş ərazilər haqda məlumat verilirdisə, artıq onlar hamısı silinəcək və azad edilmiş ərazilərin tarixləri yazılacaq, şanlı tariximiz haqda məlumat veriləcək. Bununla yanaşı, azad edilmiş torpaqlarla bağlı atılacaq addımlar, eyni zamanda da hüquqi baxımdan atılacaq addımlar haqda da məlumat veriləcək. Bundan sonra dərsliklərimizin bədbin deyil, mübariz ruhda yazılması gündəmdə olacaq".

"Bununla yanaşı, ibtidai sinif dərsliklərinin məzmununda da dəyişikliklər ediləcək. Bir sıra yeni hekayələr əlavə olunacaq. Bu hekayələr Azərbaycanın zəfər tarixini özündə əks etdirəcək formatda olacaq. Yəni biz hansısa xarici ədəbiyyatdan götürülən qəhrəmanlıq mövzusunda yazılan hekayələrə deyil, Azərbaycanın özünün 44 günlük şanlı tarixində göstərdiyi qəhrəmanlığı işıqlandıracağıq. Burada II Qarabağ savaşında baş tutan qələbələrdən bəhs ediləcək. Bu baxımdan birmənalı olaraq ibtidai siniflərdə şeirlərin, hekayələrin də məzmunu dəyişəcək", - deyə o əlavə edib. 

330
Teqlər:
tarix, dəyişiklik, dərslik, orta məktəb, Azərbaycan
Xəstəxana, arxiv şəkli

Kişiyə hamilə diaqnozu qoyulmasına aydınlıq gətirildi

0
(Yenilənib 15:37 24.11.2020)
Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub.

BAKI, 24 noyabr — Sputnik. Dünən sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda bildirilir ki, araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib.

© Photo : Azerbaijan's Management Union of Medical Territorial Units
Skrinşot

Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub. Sənəd çap edildikdən sonra elə yerindəcə səhv aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub. Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş stolun üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb. Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib.

0
Teqlər:
TƏBİB, diaqnoz, hamilə