ELM

Sabah bizi ciddi sınaq gözləyir

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək

BAKI, 20 iyul — Sputnik. Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanına qeydiyyat başa çatır. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 21 iyul tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİM imtahanda olanlar barədə xəbər yaydı

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 21 iyul saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün bu KEÇİD-ə http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. "Şəxsi kabinet"də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanında təkrar test tapşırıqlarından istifadə ediləcək.

Xəbər lenti
0