Müzakirə aparan adamlar

Yeni nazirin təklifi narazılıqlara yol açdı: Ciddi fəsadlar yaradacaq

21224
(Yenilənib 16:01 23.05.2018)
"Hər kəs müxtəlif üsullarla bu nəticəni almağa çalışacaq"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Ötən həftə təhsil naziri Ceyhun Bayramov fənn olimpiada qalibləri ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsinə dair təkliflər planının hazırlandığını bildirdi. Qeyd etdi ki, Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsi ilə bağlı təkliflər hazırlayıb.

Maraqlıdır, fənn olimpiada qaliblərinin ali təhsil müəssisələrinə imtahansız qəbul olunması təklifi nə qədər perspektivli ola bilər? Sputnik Azərbaycan təhsil ekspertləri ilə bu suala cavab axtarıb.

Sualımızı cavablandıran təhsil eksperti Kamran Əsədov əvvəlcə Respublika fənn olimpiadalarının mahiyyəti barədə danışıb: "Ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə keçirilən fənn olimpiadalarının məqsədi xüsusi istedadı olan şagirdlərin aşkarlanmasıdır".

Ekspert daha sonra beynəlxalq olimpiadalar barədə məlumat verib: "2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Yəni bu təklif ölkədə 9 ildir ki, tətbiq edilir və hər il böyük sayda insan bu hüquqdan istifadə edir. Təkcə 2017-ci ildə "Ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə 54 nəfər müraciət edib. Onlardan 7-si musiqi sahəsi üzrə, 47-si isə idman sahəsi üzrə olub".

K.Əsədov yerli olimpiada qaliblərinin ali məktəblərə müsabiqəsiz qəbul edilməsi təklifini düzgün hesab etmir: "Çünki Azərbaycanda Təhsil Nazirliyi tərəfindən həyata keçirilən olimpiadalar — təqdim edilmiş test tapşırıqları, suallar dünya standartlarına cavab vermir. Eyni zamanda yerli olimpiadanın təşkili, yoxlanması problem şəraitində həyata keçirilir. Bəzi hallarda haqsızlıq da olur".

"Bundan əlavə, "Təhsil haqqında" Qanunda yerli olimpiadanın nəticələri əsasında qəbul nəzərdə tutulmur. Bir sözlə, ali məktəblərə qəbul aparmaq üçün bu kimi vasitələrə əl atmaq lazım deyil" — həmsöhbətimiz vurğulayıb.

Ekspert yeni təklifdə beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə ali məktəbə qəbul ola biləcəyinin nəzərdə tutulduğuna da diqqət çəkir. Qeyd edir ki, bu, ümumiyyətlə düzgün yanaşma deyil: "Belə çıxır ki, kimsə kimya üzrə qalib olsa, gedib hüquq təhsili ala bilər? Təhsil nazirinin təklif etdiyi yenilikdə təkcə hüquqları pozulan olimpiada aparılmayan fənlər deyil, eyni zamanda rus və ingilis bölməsində təhsil alan şagirdlərdir. Bildiyiniz kimi, olimpiadalar ancaq Azərbaycan bölməsi üçün həyata keçirilir. Rus və digər bölmələrin şagirdləri isə burda iştirak edə bilmirlər".

Kamran Əsədov düşünür ki, belə təklifdənsə, qəbul imtahanlarını sadələşdirmək lazımdır: "Ali təhsili əlçatan etmək olar. Amma hər bayağı, əsası olmayan təkliflə bunu etmək lazım deyil. Hesab edirəm ki, nazirlik təhsildə əsaslandırılmış təkliflərlə çıxış etməli, ciddi struktur islahatlarına getməlidir. Gündəm və publika üçün heç bir əsası olmayan ifadələr işlətməyə ehtiyac yoxdur".

Təhsil eksperti Məlahət Mürşüdlü də bu təklifin yolverilməz olduğunu düşüünr: "Bu, birbaşa neqativliyə yol açan haldır. SSRİ dövründə məktəblilər üçün qızıl, gümüş medallar var idi. Praktikada gördük ki, bu medallar heç də layiqlilərə verilmirdi. Hər kəs bir yol tapıb, məhz həmin medallara yiyələnməyə çalışırdı. Ən dəhşətlisi isə o idi ki, mübarizə biliklə yox, müxtəlif vasitələrlə aparılırdı".

"Bilikdə heç bir güzəşt olmamalıdır. Yeni qərar olarsa, onlar da məhz həmin medallar kimi nəticələnəcək. Hər kəs müxtəlif üsullarla bu nəticəni almağa çalışacaq. Olimpiadada iştirak edib, medal və sertifikat gətirəcəklər ki, güzəştləri olsun. Bu da təhsilə əksinə olaraq mənfi təsir edəcək", — M.Mürşüdlü vurğulayıb.

21224
Teqlər:
təhsil naziri Ceyhun Bayramov, fənn, Kamran Əsədov, Məlahət Mürşüdlü, müsabiqə, olimpiada, qəbul, ali məktəb, təhsil, imtahan, ekspert, qanun, qalib
Əlaqədar
Ekspert: “Gənclər Rusiya ali məktəblərində təhsil almaqda maraqlıdır”
Bakıda müasir təhsil kompleksi açılıb
Təhsil Nazirliyi qaranlıq məqamlara aydınlıq gətirəcək – Canlı yayım olacaq
Təhsil nazirindən tapdığı 5 min manatı sahibinə qaytaran məktəbli ilə bağlı qərar
"Təhsil Nazirliyinin keçmiş səlahiyyəti bərpa olunsun"
Məktəbdə dərs prosesi, arxiv şəkli

Məktəb, vaksinasiya, metro borclar: milyon yarım şagirdlə bağlı qərar veriləcək?

64
(Yenilənib 17:13 19.01.2021)
Yanvarın 22-də keçiriləcək brifinqdə təhsil naziri Emin Əmrullayev təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanın COVID-19 əleyhinə vaksinasiyaya başlaması ənənəvi təhsilin bərpasına ümid yaradıb. Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, peyvənddən sonra məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq. Onun sözlərinə görə, məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur.

Sputnik Azərbaycan peyvənddən sonra təhsilin hansı formada bərpa olunacağını araşdırıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, yanvarın 22-də keçiriləcək brifinqdə təhsil naziri Emin Əmrullayev təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 əleyhinə vaksinasiyaya cəlb edilən risk qrupunda təhsil işçiləri də var. Təhsil işçilərinin peyvənd olunması isə ənənəvi tədrisin bərpası yönündə atılmış addımdır: "Ölkəmizdə vaksinasiyadan sonra məktəblər hibrid formada, həftədə bir neçə gün olmaqla açıla bilər. Amma düşünürəm ki, ənənəvi dərslərdə iştirak etmə könüllü olmalıdır. Virusa yoluxmadan narahat olanların və səhhətində problem olanların dərslərdə iştirak etməsi məcburi yox, könüllülük prinsipi əsasında təşkil ediləcək".

K.Əsədov deyir ki, məktəblər açılan kimi birinci yarımil üzrə məktəbdaxili qiymətləndirilmənin həyata keçirilməsi mümkün deyil: "Birinci yarımil üzrə məktəbdaxili qiymətləndirilmə həyata keçirilməyəcək. Çünki 1,6 milyon şagirdi qısa müddətdə bu prosesə cəlb etmək mümkün deyil. Birinci yarımil yanvarın 27-də başa çatır. Çox güman ki, şagirdlərin biliyi ikinci yarımilin sonunda qiymətləndiriləcək. Bu isə yekun qiymət olacaq".

Ekspert bildirir ki, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin də qismən və mərhələli şəkildə açılması mümkündür:

"Nəzərə almaq lazımdır ki, 1-ci kurs tələbələri ümumiyyətlə təhsil müəssisələrinə getməyiblər. 4-cü kursların isə pedaqoji, istehsalat təcrübələri var. Eyni zamanda, bəzilərinin akademik borcları yaranıb. Bütün bu problemlər bu semestr həll olmalıdır. 4-cü kurs tələbələrinin diplom işləri, buraxılış işləri var. Onlar magistratura pilləsinə qəbul imtahanı verəcəklər. Ümumiyyətlə, bütün kurslar üzrə tədrisin bərpa edilməsi istiqamətində addım atılması mümkündür".

Tədris bərpa olunsa belə, ekspert orta və ali məktəblərdə yaşı 65-dən yuxarı olan şəxslərin dərslərə buraxılmasının riskli olduğunu söyləyir: "Ənənəvi təhsil bərpa edilərkən yoluxma sayının artmaması üçün metronun fəaliyyəti bərpa edilməlidir. Məktəblərdə azı 1 giriş və 1 çıxış qapıları müəyyən edilməlidir. Şagirdlərin qoruyucu maskadan istifadə etməsi məcburi olmalıdır. Müəllimlər də sanitariya qaydalarına riayət etməli, məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır. Hibrid formada tədris bərpa olunandan sonra dərslərin müddəti azaldıla bilər. Əsas fənlər ənənəvi, digər fənlər onlayn qaydada həyata keçirilməlidir. Xüsusilə ibtidai sinif şagirdlərinə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri hər gün tədris edilməlidir. Digər fənlər isə onlayn rejimdə keçirilməlidir".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ənənəvi təhsilin bərpasına tələsmək olmaz: "Koronavirus yayılan kimi ilk olaraq məktəblər bağlandı. Bu, səbəbsiz deyildi. Çünki təhsil müəssisələri virusun yayılması üçün ən böyük risk məkanları sayılırdı. Ona görə də biz ənənəvi təhsili bərpa etməyə tələsməməliyik. Vaksinasiya hər iki risk qrupu üzrə başa çatdıqdan və müsbət nəticə əldə edildikdən sonra məktəblərdə ənənəvi təhsilə mərhələli şəkildə başlamaq olar. Mənim fikrimcə, məktəblərdə tam ənənəvi təhsilə keçmək düzgün olmaz. Məktəblərdə dərslər hibrid formada təşkil edilməlidir".

Qeyd edək ki, artıq Rusiyada orta məktəblərdə ənənəvi təhsil bərpa olunub. Türkiyədə isə yaxın vaxtlarda təhsilin hibrid formada bərpası nəzərdə tutulur.

64
Teqlər:
Təhsil Nazirliyi, vaksinasiya, karantin, məktəb
Onlayn təhsil, arxiv şəkli

Şagirdlərə bu gün xüsusi dərslər keçiriləcək

11
Dərslərdən əlavə, kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların da keçirilməsi nəzərdə tutulur

BAKI, 19 yanvar — Sputnik. Yanvarın 19-da təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş "20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən tədris olunacaq dərslər onlayn təşkil ediləcək. Tədbirlər Planına əsasən, təhsil müəssisələrində onlayn qaydada 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların da keçirilməsi nəzərdə tutulur.

11

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

17
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

17