BAKI, 22 may — Sputnik. Əmək Məcəlləsinin 118-ci maddəsinə (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, məcəllənin 118-ci maddəsinin 2-ci hissəsinin "a" bəndində "uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara" sözləri "təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara" sözləri ilə əvəz edilib.
Mövcud variantda deyilir ki, aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir: a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara;.
Təklif olunan variantda isə deyilir ki, aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir: a) uşaq evlərinin, məktəbəqədər tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara;.
Bu dəyişiklik "Məktəbəqədər təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsi Milli Məclisin mayın 18-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.
BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.
Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.
BAKI, 24 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev 24 yanvar Beynəlxalq Təhsil Günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, naziri Twitter-dəki paylaşımında deyilir:
While global education in pursuit of SDG's was hit by COVID-19 solely, learners & educators in #Azerbaijan were also overwhelmed by the attack of #Armenia that resulted in 20 instructors & 10 schoolchildren killed, 16 injured and 60 schools destroyed.#InternationalDayOfEducation pic.twitter.com/mZvF7btxZl
— Emin Amrullayev (@EminAmrullayev) January 24, 2021
"Qlobal təhsil yalnız COVID-19 tərəfindən təsirləndiyi halda, Azərbaycanda müəllimlər və şagirdlər 20 müəllimin, 10 şagirdin öldürülməsi, 16 məktəblinin yaralanması və 60 məktəbin dağıdılması ilə nəticələnən Ermənistan hücumundan da təsirlənib".
BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.
View this post on Instagram
Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.
Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.