ELM

Dünyanın orbitində gizli peyk aşkar edildi: O, kimə məxsusdur?

© Photo : U.S. Air Force via APX-37B
X-37B - Sputnik Azərbaycan
Abunə olmaq
"X-37B" adlı gizli peyk Hollandiyada bir həvəskar tərəfindən aşkar edilib

BAKI, 15 may — Sputnik. ABŞ Hərbi Hava Qüvvələrinin dünyanın orbitində gizli peyki aşkarlanıb.

Sputnik Azərbaycan "Ahaber"ə istinadla xəbər verir ki, "X-37B" adlı gizli peyk Hollandiyada bir həvəskar tərəfindən aşkar edilib. Cees Bassa adlı həvəskar kosmosa dair araşdırmalar aparır.

Müəyyən edilib ki, peyk orbitə gizli şəkildə çıxarılıb və təxminən 7 aydır fəaliyyət göstərir. Peyk NASA-nın kosmodromundan fəzaya buraxılıb.

Cees Bassa sirr kimi saxlanılan bu peykin koordinatlarını da sosial şəbəkə hesabından paylaşaraq dünyaya çatdırıb.

Rəsmi olaraq açıqlanmasa da, "X-37B"nin kəşfiyyat fəaliyyəti üçün kosmosa göndərildiyi bildirilir.

Xəbər lenti
0