ELM

İnsan Ayda məhz bu səbəbə görə ölə bilər

Abunə olmaq
Mütəxəssislər nəticəyə gəliblər ki, ay tozu canlı orqanizm üçün son dərəcə təhlükəlidir

BAKI, 13 may — Sputnik. Ayda uzun müddət qalmaq insanın sağlamlığı üçün ziyandır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Mütəxəssislər bildirir ki, Ay atmosferindəki toz insanın DNT-sinin dəyişməsinə səbəb ola bilər.

Məlumdur ki, ABŞ-ın "Apollon" missiyasını həyata keçirən astronavtlar gəminin içinə toz düşməsindən sonra səhhətlərində problemlər yarandığını qeyd ediblər. Onlar bildiriblər ki, tez-tez asqırırlar və gözlərində problem yaranıb.

Alimlər insan hüceyrələrinin üzərinə Ay tozu tökərək müşahidə ediblər. Müşahidə göstərib ki, hüceyrələr tozun təsiri nəticəsində dəyişir. Mütəxəssislər nəticəyə gəliblər ki, toz canlı orqanizm üçün son dərəcə təhlükəlidir. Toz orqanizmi ya məhv edir, ya da dəyişdirir.

Xəbər lenti
0