ELM

Şagird və valideynlərin nəzərinə!

© Photo : REPORTİmtahan
İmtahan - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

BAKI, 5 mart — Sputnik. Martın 11-də Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
ELM
Respublikada keçirilən buraxılış imtahanı başa çatıb

Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər bu LİNKdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə "Adobe Reader" proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

Xatırladaq ki, şagirdlər özləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilər.

Xəbər lenti
0