ELM

Diqqət: Adınızın məlumat bazasında "qara siyahı"ya düşməsini istəmirsinizsə, tələsin

© Photo : pixabay / Free-PhotosЧеловек, работающий с документами
Человек, работающий с документами - Sputnik Azərbaycan
Abunə olmaq
Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək

BAKI, 1 mart — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 11-də elan etdiyi dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərlə müsahibələri davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Baş Prokurorluq qəbul imtahanının nəticələri barədə məlumat yayıb

Bildirilib ki, müsahibələr ötən gün Bakı şəhəri, həmçinin Gəncə, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional "ASAN" xidmət mərkəzi daxil olmaqla 15 müxtəlif yerdə təşkil edilib. Gün ərzində keçirilməsi nəzərdə tutulan 114 müsahibədən 59-u baş tutub, 55 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak edən namizədlərdən 23-ü iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

DİM namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər. Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək.

Xəbər lenti
0