Orta məktəbdə dərs prosesi

Bakı məktəblərinə xüsusi təlimat verildi

304
(Yenilənib 12:56 26.02.2018)
Dərslər xalqımızın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb

BAKI, 26 fevral — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunub. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi. Arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bildirilib ki, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş "Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı"na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunan dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.

Dərslər xalqımızın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından və soyqırımı törədənlərdən bəhs olunub.

Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirib və hazırladıqları fotostendləri, guşələri nümayiş etdiriblər.

Qeyd edək ki, Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar təhsil müəssisələrinin müəllim və şagirdlərinin soyqırım şahidləri ilə görüşü və "Ana fəryadı" abidəsinə ziyarəti davam edir.

304
Teqlər:
təhsil müəssisələri, Xocalı faciəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Xocalı soyqırımı, dərs, Təhsil Nazirliyi
Əlaqədar
O gecə nələr baş vermişdi?
Avropada Azərbaycan-Türkiyə həmrəyliyi
Prezident Xocalı abidəsini ziyarət edib
Avropa Parlamentində Azərbaycanla bağlı bir ilkə imza atıldı
Ailəsini Xocalıda itirən qadın: "İçəri keçəndə, təzə keçinmişdi, bədəni isti idi..."

Təhsil Nazirliyi dərs cədvəlinə dəyişiklik etdi

5065
Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib

BAKI, 29 sentyabr — Sputnik. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Bu barədə Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir. Xəbərdə qeyd edilir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir.

Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Ötən gün Bakı şəhərində əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Bu gün də cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!

5065
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
 Distant təhsil, arxiv şəkli

Distant təhsil bir müddət dayandırılsın - ekspert səbəbi açıqladı

2562
(Yenilənib 18:30 28.09.2020)
VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır.

BAKI, 28 sentyabr — Sputnik. "İnternetə və bəzi sosial media resuslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı ali və orta təhsil pilləsində distant təhsilin bir müddət dayandırılması doğru olardı".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb.

O, qeyd edib ki, bu həm də "WhatsApp"dan istifadə edən valideynlərin, müəllimlərin və təhsil alanların kütləvi olaraq VPN yükləməsinin qarşısını alardı.

"VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən, həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır. Ümid edirəm, Təhsil Nazirliyi bunları nəzərə alaraq zəruri tədbirlər görəcək" - Osman Gündüz qeyd edib.

2562
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xanəndə Arif Babayevdən üzücü xəbər

0
(Yenilənib 22:58 30.09.2020)
Yaşar Babayev: "Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Xalq artisti Arif Babayev bir neçə gün öncə insult keçirib. Xanəndənin səhhəti stabil olaraq qalır. Bu barədə Sputnik Azərbaycan-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib: "Arif Babayev hal-hazırda evdədir. Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir. Çünki, atam həmin hadisədən 1 gün qabaq xəstələnib. Ona həyəcanlanmaq olmaz, ona görə də bu xəbəri ona verməmişik. Çox sevincliyik, inanırıq ki, atam sağalana qədər torpaqlarımız işğaldan azad olar, biz də ona bu müjdəli xəbəri verərik".

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

0