Sənəd imzalanması

Namizədlərin nəzərinə: Sənəd qəbulu elan edildi

78
(Yenilənib 12:35 15.02.2018)
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur

BAKI, 15 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul elan edir. Bu barəd Sputnik Azərbaycan-a DİM-in mətbuat xidmətindən dən məlumat verilib. Bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır.

İmtahanda iştirak etmək üçün namizəd 2018-ci il fevralın 15-dən 22-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizədin "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 2018-ci il fevralın 15-dən 22 dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur və təsdiq edir (etdirir).

Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər. Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2018-ci il aprelin 1-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2018-ci il iyulun 8-də keçiriləcək.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsinə buraxılmış namizədlər tələb olunan məbləği "Şəxsi kabinet"lərinin hesabına əlavə edib 2018-ci il iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər. Hər iki mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Namizədlərin seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.

Qəbul elanının tam mətni "Rezidentura" jurnalının 2-ci sayında dərc olunacaq. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda "Rezidentura" jurnalının bu sayında müsabiqə şərtləri, "Namizədin elektron ərizəsi"nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.

Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

78
Teqlər:
2018/2019-cu tədris ili, "Şəxsi kabinet", DİM, Dövlət İmtahan Mərkəzi, imtahan, rezidentura, sənəd qəbulu, elan
Əlaqədar
Ali məktəblərə tələbə qəbulu qaydaları dəyişdi
İşə qəbul üzrə imtahanın nəticələri açıqlandı, vakansiya seçimi başladı
Bağçaya qəbul qaydaları qüvvəyə mindi: Valideynlər şikayət edə bilərlər
Distant təhsil, arxiv şəkli

Virtual dərslərə qoşulmayan müəllimləri hansı cəza gözləyir

9
"Təhsil Nazirliyinin mətbuata açıqlamasında virtual dərslərə qoşulmayan müəllimlərlə növbəti illərdə bağlanacaq əmək müqaviləsi zamanı bu amilin nəzərə alınacağı bildirilmişdi"

BAKI, 22 yanvar — Sputnik. "Virtual dərslərə girməyən müəllimlər nəzarətdə saxlanılırlar". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. Onun sözlərinə görə, həm şagirdlərin, həmçinin də müəllimlərin onlayn dərslərdəki davamiyyəti məktəblər tərəfindən nəzarətdə saxlanılır: "Düşünürəm ki, hər bir şəxs sosial məsuliyyətini dərk etməlidir. Bəzi müəllimlərin internetə çıxış imkanı yoxdur. Düzdür, biz müəllimlərin hər birini sistemdən görürük, amma hər biri ilə bağlı araşdırma mümkün deyil. Bir həftədə 6,2 milyon onlayn dərs verə bilmişik, bu kifayət qədər yaxşı dinamikadır".

Xatırladaq ki, Təhsil Nazirliyinin mətbuata açıqlamasında virtual dərslərə qoşulmayan müəllimlərlə növbəti illərdə bağlanacaq əmək müqaviləsi zamanı bu amilin nəzərə alınacağı bildirilmişdi.

9
İmtahan, arxiv şəkli

İmtahanda iştirak edə bilməyən şagirdlərlə bağlı vacib açıqlama

6
(Yenilənib 13:58 22.01.2021)
"Birinci yarımillikdə distant formada qiymətləndirmədə iştirak edə bilməyən şagirdlərin imtahandan keçirilməsi üçün şərait yaradılacaq".

BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda qiymətləndirmə imtahanlarında iştirak edə bilməyən şagirdlər yenidən imtahan verə biləcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xüsusi karantin rejimi dövründə ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı brifinqdə Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu məlumat verib.

O bildirib ki, birinci yarımillikdə distant formada qiymətləndirmədə iştirak edə bilməyən şagirdlərin imtahandan keçirilməsi üçün şərait yaradılacaq. V.Yaqublunun sözlərinə görə, həmin şagirdlər növbəti bir ay ərzində məktəbə gəlməklə imtahandan keçə bilərlər: "Nəzərə alsaq ki, növbəti aydan məktəblərdə tədris başlanacaq, həmin şagirdlər də sosial məsafə və sıxlığı gözləməklə gəlib məktəbdə imtahan verə biləcəklər".

6
Teqlər:
məktəb, şagirdlər, imtahan, təhsil
Sürücü sükan arxasında, arxiv şəkli

Avtoxuliqanlıq barədə anlayışı "qısaldacaqlar"

0
(Yenilənib 15:55 22.01.2021)
Avtoxuliqanlıq hallarının müəyyən edilməsi qaydalarının dəyişməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək

 

BAKI, 22 yanvar — Sputnik. Hazırda İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə və fərqli şərhlərə səbəb olur.

Sputnik Azərbaycan xəbər verir ki, avtoxuliqanlıq hallarının müəyyən edilməsi qaydalarının dəyişməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək.

Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir. Sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:

aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə;

avtomobili və ya motosikli bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə;

avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda.

 

0
Teqlər:
dəyişiklikər, məcəllə, inzibati xəta, avtoxuliqan