Təhsil Nazirliyi

Təhsil Nazirliyi orta məktəbdə yaşanan qalmaqala aydınlıq gətirdi

406
(Yenilənib 13:34 12.02.2018)
Cəsarət Valehov: "Hazırda şagirdə psixoloji yardım göstərilir"

BAKI, 12 fevral — Sputnik. 132-134 nömrəli Təhsil Kompleksində iki məktəbli arasında baş verən məlum məsələnin videosu yayılandan sonra sosial şəbəkələrdə bu məsələ ilə bağlı bir çox xəbərlər paylaşılır. Yayılan məlumatlardan biri də məktəblilərin məktəbdən qovulması idi. Bu xəbərə Təhsil Nazirliyi rəsmi münasibət bildirib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a deyib ki, son günlərdə sosial şəbəkələrdə yanlış olaraq belə xəbərlər yayılır: "Bu məlumatın heç bir əsası yoxdur. Belə ki, valideyn məktəb rəhbərliyi ilə birgə övladının digər ümumtəhsil müəssisəsində təhsilini davam etdirməsi üçün qərar qəbul edib. Hazırda şagirdə psixoloji yardım göstərilir".

Qeyd edək ki, sözügedən məktəbdə baş verən seksual xarakterli hadisə cəmiyyətdə şok effekti yaradıb. Hadisədə təqsirləndirilən məktəbli oğlan saxlanılıb, barəsində istintaq aparılır.

406
Teqlər:
132-134 nömrəli Təhsil Kompleksi, məktəbli, Təhsil Nazirliyi, məlumat
Əlaqədar
Bakıda məktəbdə zorlanan qız damarlarını kəsib
Bakı məktəbindəki zorlama hadisəsi ilə bağlı açıqlama verildi
Bakı məktəbində dəhşət: Azyaşlını zorlayan yeniyetmə tutuldu
Bakı məktəbində şok: Şagird sinif yoldaşlarını qorxunc xəstəliyə yoluxdururmuş