Dövlət İmtahan Mərkəzi

Diqqət: Tender elan edildi

126
(Yenilənib 11:51 06.02.2018)
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır

BAKI, 6 fevral — Sputnik. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs müxtəlif ofis avadanlıqlarının və katriclərin satın alınması ilə əlaqədar açıq tender elan edib. Bu barədə Sputnik Azərbaycan-a DİM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tender 2 (iki) lot üzrə aparılır.

Lot-1. Müxtəlif ofis avadanlıqlarının satın alınması

Lot-2. Müxtəlif katriclərin və kompüter avadanlıqlarının satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Muşfiq küçəsi, 1M ünvanından ala bilərlər.

İştirak haqqı:

Lot-1. 500 manat

Lot-2. 500 manat

Təşkilat: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi (VÖEN: 1304673921)

Bank: "Azər-Türk bank" ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193

Kod: 507699

VÖEN(bank): 9900006111

SWIFT: AZRTAZ22

M/h: AZ02NABZ01350100000000022944

H/h: AZ98AZRT38060019440028835001

İştirak haqqı heç bir halda qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

tenderdə iştirak etmək üçün yazılı müraciət;

tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

tender təklifi dəyərinin 2 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);

tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 16 fevral 2018-ci il saat 17:00-dək, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 05 mart 2018‑ci il saat 17:00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Muşfiq küçəsi, 1M) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 06 mart 2018‑ci il saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakı ilə bağlı müvafiq sənədi təqdim etdikdə).

Əlaqələndirici şəxs: İlham Əliyev

Telefon: 502-47-53/56/58, daxili 144

Faks: 465-87-96, 502-47-22

E-mail: i.aliyev@dim.gov.az

Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Muşfiq küçəsi, 1M

Tender Komissiyası

126
Teqlər:
DİM, Dövlət İmtahan Mərkəzi, publik hüquqi şəxs, Azərbaycan Respublikası, tender
Əlaqədar
Dövlət İmtahan Mərkəzi magistrlər üçün şans yaradır
Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı
Dövlət İmtahan Mərkəzi xəbərdarlıq etdi
Dövlət İmtahan Mərkəzindən vacib elan
Şıxzərli palçıq vulkanı

Alovsuz, amma güclü ecazkar: Şıxzərli vulkanının püskürmə anı - VİDEO - FOTO

136
(Yenilənib 01:39 15.01.2021)
Vulkan püskürməzdən əvvəl güclü uğultuyla "xəbərdarlıq" edib. Sonra yerin dərinliklərindən qalxan palçıq kütlələri 2.5 hektar sahəyə yayılıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. 2021-ci il 09 yanvar tarixində saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal-qərbində yerləşən Şıxzərli palçıq vulkanının püskürməsi ilə əlaqədar Ekologiya Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları ərazidə monitorinqlər aparıblar.

Bu barədə Sputnik Azərbayan-a qoruğun direktoru Ceyhun Paşayev məlumat verib.

O bildirib ki, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə püskürüb.

Püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının budəfəki püskürməsində qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.

1 / 7
Şıxzərli palçıq vulkanı

"Müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatlar şimal və şimal-qərb istiqamətində daha sıx və dərindir. Çatların orta enliliyi 0,7 metr, bəzi yerlərdə uzunluğu 150 metrə çatır. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir", - C.Paşayev bildiirb.

Direktorun sözlərinə görə, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.

Qeyd edək ki, vulkanın aktivliyinin təhlili onu göstərir ki, o, çox aktiv palçıq vulkanıdır. Son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu, vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzərli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.

136
Teqlər:
video, püskürmə, palçıq vulkanı, Qobustan
İşğaldan azad olunmuş Şuşa

Qəbul imtahanlarında yeni tip suallar olacaq

80
Məleykə Abbaszadə bildirib ki, qəbul imtahanlarında o tip suallar verməyə ixtiyarları var. Kömək üçünsə "Abituriyent-1" jurnalını oxumağı tövsiyə edib.

BAKI, 14 yanvar — Sputnik. Qəbul imtahanlarında mütləq Vətən müharibəsi ilə bağlı suallar olacaq. Suallar Tarix fənnindən olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.

O qeyd edib ki, Vətən müharibəsi ilə bağlı "Abituriyent 1" jurnalında müəyyən məqalələr çap olunacaq: "Suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb".

80
Teqlər:
müharibə, Vətən, sual, qəbul imtahanı, imtahan

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0