ELM

Marsın bu görüntülərini daha öncə görməmişdiniz - VİDEO

CC BY-SA 3.0 / ESA/DLR/FU Berlin / Планета Марс в полный рост
Планета Марс в полный рост - Sputnik Azərbaycan
Abunə olmaq
NASA Marsın panoram çəkilişini dərc edib

BAKI, 4 fevral — Sputnik. NASA Marsın "Curiosity" özüyeriyən aparatının köməkliyi ilə lentə alınmış panoram çəkilişini dərc edib.

“Report” xəbər verir ki, panorama Qeyl kraterində Vera Rubin dağ silsiləsindən çəkilmiş şəkillərdən tərtib olunub.

Çəkiliş Marsda qış gündönümünə az qalmış aparıldığına görə, planetdə səma aydın olub ki, bu da kadrlarda bir çox detalların əldə olunmasına şərait yaradıb.

"Curiosity" öz kimyəvi laboratoriyası olan üçüncü nəsil özüyeriyən aparatdır. O, Marsa 2012-ci ilin 6 avqustunda endirilib. 2018-ci ilin əvvəlinədək "Curiosity" planetdə 18 km yol qət edib.

Xəbər lenti
0