BAKI, 25 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi yanvarın 28-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a DİM —dən məlumat verilib. Bildirilib ki, imtahan saat 11:00-da başlayır və Bakı şəhərində 4 binada təşkil olunacaq.
İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilmişdir. İmtahan zallarında namizədlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan vaxtının düzgün idarə olunması üçün hər bir zal saatla təmin olunmuşdur. İmtahan binalarının girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün "barkod-skaner"lər quraşdırılmışdır.
İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Vəkillər Kollegiyası əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçmişdir. Namizədlər http://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı namizədlərə "Yaddaş kitabçası" da təqdim olunur. Burada imtahan prosesi ilə bağlı vacib tövsiyələr, qaydalar və digər zəruri məlumatlar verilir.
İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.
Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
"İmtahana buraxılış vərəqəsi";
Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.
Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.
BAKI, 24 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev 24 yanvar Beynəlxalq Təhsil Günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, naziri Twitter-dəki paylaşımında deyilir:
While global education in pursuit of SDG's was hit by COVID-19 solely, learners & educators in #Azerbaijan were also overwhelmed by the attack of #Armenia that resulted in 20 instructors & 10 schoolchildren killed, 16 injured and 60 schools destroyed.#InternationalDayOfEducation pic.twitter.com/mZvF7btxZl
— Emin Amrullayev (@EminAmrullayev) January 24, 2021
"Qlobal təhsil yalnız COVID-19 tərəfindən təsirləndiyi halda, Azərbaycanda müəllimlər və şagirdlər 20 müəllimin, 10 şagirdin öldürülməsi, 16 məktəblinin yaralanması və 60 məktəbin dağıdılması ilə nəticələnən Ermənistan hücumundan da təsirlənib".
BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.
View this post on Instagram
Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.
Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.