Professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb

Ədalət Muradov: "Elçilər müəyyən olunan kriteriyalar əsasında seçiləcək"

23
(Yenilənib 12:43 23.01.2018)
UNEC-in rektoru keyfiyyət elçiləri ilə görüşüb

BAKI, 23 yanvar — Sputnik. UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb. UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədrisin keyfiyyətin yüksəldilməsinin UNEC-in əsas hədəflərindən olduğunu bildirən rektor keyfiyyət elçilərinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib, işlərin daha da təkmilləşdirilməsi üçün keyfiyyət elçiləri mexanizminin institutlaşmasının vacibliyini vurğulayıb.

Keyfiyyət elçilərinin müəyyən olunan kriteriyalar əsasında seçiləcəyinə diqqət çəkən Ə.Muradov seçim zamanı onların Differensial Əməkhaqqı Sistemindəki yerlərinin də əsas meyarlardan biri kimi götürüləcəyini vurğulayıb. Rektor UNEC-in müəllifi olduğu layihədən gələcəkdə digər ali təhsil müəssisələrinin də yararlana biləcəyini qeyd edib.

Professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb
© Photo : UNEC mətbuat xidməti
Professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb

Görüşdə tədris prosesi zamanı müşahidə olunan mənfi və müsbət məqamlar müzakirə edilib və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində təkliflər dinlənilib. İctimai Nəzarət Şurasının yalnız imtahanlarda deyil, bütün tədris ili boyu UNEC-də fəaliyyət göstərəcəklərini nəzərə alaraq, onların keyfiyyət elçiləri ilə birlikdə dərsləri müşahidə etmələri təklif olunub.

Bundan başqa, keyfiyyət elçilərinin UNEC-in Zaqatala filialı və Maliyyə İqtisad Kollecində də fəaliyyət göstərmələri, monitorinqin nəticələrinə əsasən, yüksək nəticələr göstərən müəllimlərin nümunəvi dərslərinin təşkili, müəllimlərin peşəkar fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində təlimlərin keçirilməsi də təkliflər sırasında yer alıb.

Qeyd: Keyfiyyət elçiləri UNEC-də 2015/16-cı tədris ilindən fəaliyyət göstərir. Onların müəyyən edilməsində elektron universitet platformasını aktiv istifadə, müasir təhsil metodologiyasına və interaktiv tədris prosesinə yaxından bələd olması əsas götürülüb. Keyfiyyət elçiləri müəyyən olunan qrafik üzrə həftədə ən azı bir dəfə (növbə) fakültə üzrə dərslərin monitorinqində iştirak edir. Monitorinq tədrisin sillabuslarda və təqvim-tematik planlarda qeyd edilən mövzulara uyğunluğu, mühazirə mətnləri, interaktiv tədris vəsaitləri, müəllimlərin mövzuya hakimliyi, dərs vaxtının optimal şəkildə idarəedilməsi, seminar dərslərində mövzu üzrə praktiki nümunələrin izahı, kollokviumlara hazırlıq və digər göstəricilər əsasında aparılır.

23
Teqlər:
keyfiyyət elçiləri, Ədalət Muradov, UNEC, rektor, görüş
Əlaqədar
UNEC-də tədris və imtahanların təşkili qaydaları dəyişdi
"Yekaterinburqda yaşayan azərbaycanlı gənclər UNEC-də təhsil almaqda maraqlıdırlar"
UNEC Rusiyada beynəlxalq sərgidə çıxış edib
UNEC magistrləri daha bir cəlbedici təklif
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

19
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

19
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

9
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

9
: Yaponiyada qoruyucu maskada olan insanlar

İnsana hörmət: COVID-ə görə təmassız lift yaratdılar

0
(Yenilənib 17:58 29.11.2020)
Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb

BAKI, 29 noyabr - Sputnik. Yaponiyanın Hitachi Ltd. və Mitsubishi Electric şirkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün təmassız lift modelləri təqdim ediblər.

Sputnik Azərbaycan bildirir ki, NHK telekanalının məlumatına görə, yeni Hitachi modelində liftin çağırılması, yaxud da hansısa mərtəbəyə qalxması üçün düymələrə gərək yoxdur. Bunun üçün LİNE ani mesajlaşma tətbiqindən, yaxud liftin kabinəsinin böyründə həkk olunmuş xüsusi QR-şifrənin skanından istifadə etmək olar. İstənilən mərtəbənin seçimini insan öz smartfonu vasitəsilə idarə edir, buna görə də hansısa düyməyə basmağa gərək qalmır.

Mitsubishi Electric-in lifti isə avtomatik olaraq gəlir və adamı lazımi mərtəbəyə qaldırır, ancaq bunun üçün öncədən sistemə smartfon üçün olan tətbiq vasitəsilə həmin adam haqda məlumatlar daxil edilməlidir.

Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb, 10 nəfər dünyasını dəyişib. Epidemiya başlayandan Yaponiyada 148272 nəfər yoluxub, bunlardan 2133 nəfər dünyasını dəyişib. 122550 nəfər isə sağala bilib.

0
Teqlər:
kontaktsız, lift, risk, yoluxma, Yaponiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla