Auditoriyada tələbələr, arxiv şəkli

Azərbaycan təhsilində islahatlar aparılacaq

661
(Yenilənib 16:07 22.01.2018)
"Tədqiqat universiteti" statusunun verilməsi təhsildə islahatların gedəcəyinin xəbərçisidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Nazirlər Kabineti "Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün Tələblər"i təsdiqləyib. Qərara əsasən, "Tədqiqat universiteti" statusu aşağıdakı tələblərə uyğun gələn ali təhsil müəssisələrinə verilir:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi
© AR Ministry of Education

1. fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin mövcudluğu;

2. son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsi;

3. doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosentin olması;

4. dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməsi;

5. magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası;

6. ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməsi;

7. yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrantın alınması.

Kamran Əsədov
© Sputnik / Murad Orujov
Kamran Əsədov

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusunun verilməsi Azərbaycan üçün yenilikdir: "Dünyada bu təcrübə var. Məsələn, Almaniya universitetlərində uzun müddətdir ki, bu təcrübə mövcuddur. Amma Azərbaycanda geniş vüsət almayıb. Ona görə ki, ölkəmizdə 54 ali təhsil müəssisəsinin heç də hamısının maddi-texniki və kadr bazası "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblərə cavab vermir. Məsələn, tələblərdən biri dissertasiya şuralarının (ən azı 1 şura) fəaliyyət göstərməsidir. Azərbaycanda regionlarda yerləşən heç bir universitetdə elmi şuralar fəaliyyət göstərmir".

Onun sözlərinə görə, universitetlərə "Tədqiqat universiteti" statusunun verilməsi və s. təhsildə müəyyən islahatların gedəcəyinin xəbərçisidir: "İndiyədək "Tədqiqat universiteti" statusunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları həyata keçirirdi. Amma son dövrlərdə istər Milli Məclisdə, istər tanınmış ziyalılar arasında AMEA-da islahatların həyata keçirilməsi ilə bağlı fikirlər səslənir".

"Çünki AMEA-da aparılan tədqiqatlar lokal xarakterlidir. Yəni bu gün Azərbaycan aliminə, elmlər doktoruna, professoruna dünyada istinad yoxdur. Ciddi qəbul edilmir. Bu gün elmi jurnalların siyahısı olan "Thomson Reuters"-də və elmi indeksli jurnallarda Azərbaycan alimlərinə müraciət olduqca aşağı səviyyədədir" — Əsədov bildirib.

"Halbuki keçən əsrin 70-80-cı illərində tədqiqat aparan Azərbaycan alimləri bütün dünyada tanınırdı. Məsələn, 1940-45-ci illərdə azərbaycanlı alim Yusif Məmmədəliyev yüksək oktanlı benzini ixtira edib və bütün dünya, Sovet İttifaqı bundan istifadə edib. Amma son dövrlərdə hansı alimimizin kəşfindən bütün dünyada istifadə olunur?" — o, sual edib.

Həmsöhbətimizin fikrincə, bu, ona görə həyata keçirilmir ki, universitetlərdə akademik təkmilləşdirməyə çox zəif yer ayrılır: "Daha çox tədrisə yer verilir. Universitetlərdə tədqiqatlar çox zəifdir. Təəssüf ki, Azərbaycanda 30 yaşa kimi 1 nəfər də elmlər doktoru yoxdur. Çünki Azərbaycan elmi "qocalıb". Azərbaycan elmində vəziyyət get-gedə acınacaqlı vəziyyətə düşür. 54 universitetin fonunda 4-5 universitetin elmə yenilik gətirməsi və AMEA-ya daxil olan institutların həyata keçirdiyi tədqiqatların olduqca keyfiyyətsiz olması ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblərin təsdiq edilməsini labüd edib. Düzdür, şərtlər olduqca qəlizdir".

K.Əsədov hesab edir ki, "Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün Tələblər"in təsdiqlənməsi qısa müddət ərzində universitetlərə yeni tələblər ortaya qoyacaq: "Birincisi, universitetlərin rektorları dəyişməlidir. Təhsilə baxış dəyişməlidir. Tədqiqat aparacaq universitetlərimiz yoxdur. Cəmi 5 universitetin bu, imkanı var. Özəl universitetlərdə bu, aşağı səviyyədədir. Çünki onların bu tədqiqatları apara biləcək kadrları yoxdur. Ona görə də gələcəkdə universitetlərdə ciddi islahatlar həyata keçirilməlidir".

Ekspertin fikrincə, "Tədqiqat universiteti" statusu bütün dünyada müsbət qəbul olunur: "AMEA təhsilin bu və ya digər sahəsi ilə bağlı tədqiqat aparır, amma onun istehsalatda təcrübəsini həyata keçirə bilmir. Ancaq universitetin bunu həyata keçirə biləcək tələbə kontingenti, potensialı var. Hər hansı bir tədqiqat qısa müddətdə mobil şəkildə tələbələr ilə təcrübədə həyata keçiriləcək, onun uğurlu və ya uğursuz olduğu müəyyən olunacaq".

"Amma AMEA-nın institutlarının belə bir imkanı olmadığına görə gələcəkdə bəlkə də AMEA-nın ləğv olunub Təhsil Nazirliyinə birləşdirilməsini və ya institutların fəaliyyətinin dayandırılmasını görə bilərik. Məhz tədqiqat universitetlərinin yaradılması Azərbaycanda tədqiqat sahəsinə, tədqiqat işlərinin aparılmasına yeni bir stimul verəcək" — müsahibimiz vurğulayıb.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bunun yenilik olmadığını deyib: "Hər bir universitet 2 funksiyanı yerinə yetirir. Birincisi tədrisdir, yəni peşə verilməsi, ixtisas hazırlığı. İkincisi isə, alimlərin tədqiqat aparmasıdır. Ona görə də ötən illərin təcrübəsində bu mövcuddur".

Əjdər Ağayev, təhsil eksperti
© Photo : STR
Əjdər Ağayev, təhsil eksperti

Professorun sözlərinə görə, hər bir ali məktəb müəlliminə, professoruna, dosentinə tədris fəaliyyəti üçün müəyyən yük ayrılır: "Məsələn, 500 saat onun tam ştatlı yüküdürsə, ola bilər ki, bunun 300 saatını tədris işi görsün, 200 saatını isə tədqiqat işi aparsın. Tədris ilə yanaşı, ali məktəbin elmi işlərə baxan sahəsi, elmi işlər üzrə prorektoru olur və bu, tədqiqat ilə bağlıdır. Dünyada da ixtiraların ən böyük faizi universitet alimlərinin üzərinə düşür. Deməli, universitet alimləri tədris ilə yanaşı, həm də tədqiqat işi aparırlar, ixtiralar edirlər".

"Mövcud təcrübəni yeni yanaşmalar ilə ortaya qoyub tədqiqat işini artırmaq istəyirlər. Çünki bəzi ali məktəblərdə, xüsusilə yeni yaranan özəl ali məktəblərdə tədqiqat işi zəifdir. Yəni, bu iş mövcud olan təcrübənin yeni tələblər səviyyəsində faydalılığını artırmağa xidmət edir. Hər bir ali məktəbin özündə də ayrıca elmi-tədqiqat institutu ola bilər" — Ə.Ağayev qeyd edib.

661
Teqlər:
"Tədqiqat universiteti", Əjdər Ağayev, tədris, ali təhsil müəssisələri, Sputnik Azərbaycan, Kamran Əsədov, alim, təhsil, universitet, elm, professor, ekspert, Nazirlər Kabineti
Əlaqədar
İlham Əliyev təhsil nazirinin müavinini vəzifəsindən azad edib
Təhsil Nazirliyindən önəmli məlumat
Təhsil almaq üçün xaricə üz tutanlar bunun sonrasını da düşünsünlər
Dəyişiklik: Təhsil Nazirliyinə yeni səlahiyyətlər verildi
Təhsil Nazirliyi: Valideynlərin etirazı haqlı çıxarsa...
SpaceX şirkətinin  Falcon 9 raketinin buraxılışı, arxiv şəkli

Orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılıb

20
(Yenilənib 23:34 24.01.2021)
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.

Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.

20
Teqlər:
kosmik stansiya, kosmik, orbit, "SpaceX", İlon Mask
Təhsil naziri Emin Əmrullayev

Emin Əmrullayev: Azərbaycan təhsili təkcə COVID-19-dan təsirlənməyib

23
(Yenilənib 13:22 24.01.2021)
Azərbaycanın Təhsil naziri Emin Əmrullayev Twitter-də 24 yanvar Beynəlxalq Təhsil Günü ilə bağlı paylaşım edib.

BAKI, 24 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev 24 yanvar Beynəlxalq Təhsil Günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, naziri Twitter-dəki paylaşımında deyilir: 

"Qlobal təhsil yalnız COVID-19 tərəfindən təsirləndiyi halda, Azərbaycanda müəllimlər və şagirdlər 20 müəllimin, 10 şagirdin öldürülməsi, 16 məktəblinin yaralanması və 60 məktəbin dağıdılması ilə nəticələnən Ermənistan hücumundan da təsirlənib".

23
Teqlər:
Koronavirus, COVID-19, Ermənistan, təhsil naziri, Emin Əmrullayev

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

0
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

0