Azərbaycan dilinə daxil edilmiş yeni sözlər

Qondarma sözlər dilimizdən çıxarılır

565
(Yenilənib 14:56 16.01.2018)
Azərbaycan dilinin orfoqrafiya qaydalarının tərtib prinsipləri müzakirə olunub

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. Sputnik Azərbaycan AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib.

Tədbirdə yeni "Orfoqrafiya lüğət"ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. "Əsgər" sözünün "əskər", "alqı-satqı" sözünün "alğı-satqı" yazılması təklifi məqbul sayılıb. Həmçinin, yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

Azərbaycan dilinin orfoqrafiya qaydalarının tərtib prinsipləri müzakirə olunub
Azərbaycan dilinin orfoqrafiya qaydalarının tərtib prinsipləri müzakirə olunub

565
Teqlər:
Orfoqrafiya Komissiyası, Nəsimi adına Dilçilik İnstitutu, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan dili
Əlaqədar
Burada doğulasan, böyüyəsən, çalışasan, amma bu dövlətin dilini bilməyəsən...
Bakıda "terrorçular" tutuldu - İngilis dilində danışıblar
Azərbaycanda əcnəbi dillilər məyus olacaq: Axı bu, ərzaq və ya telefon deyil...
Azərbaycanın ən tolerant kəndi: din, dil, milliyyət əngəli yoxdur
Rusiya prezidenti tatar dilindəki sözə maraqlı reaksiya verib
Çində "Azərbaycan dili və mədəniyyəti" mərkəzi açılıb